image-n1karobka_ads
image-123
image-6920287502e8bd0d7a646e21backend

Soyuqdəymənin ilkin mərhələsində saunaya getmək olmaz

image-ad_qayo_720x110px

Həkim-immunoloq İrina Yartseva soyuqdəymənin ilkin mərhələsində saunaya getməyin xəstəliyi daha da ağırlaşdıra biləcəyini bildirib.

Doğru.az xəbər verir ki, onun sözlərinə görə, orqanizm infeksiya ilə mübarizə apararkən əlavə gərginlik immunitet sisteminə yük yaradır.

Mütəxəssis qeyd edib ki, sauna sonrası soyuq su ilə yuyulmaq və ya buz dəliyində çimmək xüsusilə təhlükəlidir. Xəstəliyin ilkin mərhələlərində ən təsirli vasitə yuxu və bol maye qəbuludur.

Həkim həmçinin ürək-damar xəstəlikləri, tromboz, varikoz damarları və ürək ritm pozğunluğu olan şəxslərin yüksək temperaturlu saunalardan istifadə etməməsini tövsiyə edib. O, yalnız 50–60°C temperaturda və yaxşı havalandırılmış saunanın təhlükəsiz olduğunu vurğulayıb.

Yartseva bədənə istirahət verməyin və xəstəliyin bütün mərhələlərini keçməyin vacibliyini də xatırladıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki