Türkiyənin Habertürk xəbər kanalının baş redaktoru Mehmet Akif Ersoy İstanbulda həbs edilib.
Doğru.az xəbər verir ki, Ersoy narkotik maddə almaqda, saxlamaqda və istifadə etməkdə şübhəli bilinir. “Sözcü” telekanalının məlumatına görə, bu iş üzrə onunla birlikdə daha 4 nəfər saxlanılıb.
Habertürk TV Ersoyu vəzifəsindən uzaqlaşdırıb. Bəyanatda bunun araşdırmanın maneəsiz aparılması üçün zəruri olduğu vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” “Parisdə Emili” serialındakı Greqori Elliot Düpre obrazı ilə tanınan aktyor və ssenarist Ceremi O.Harrisin Yaponiyada narkotik qaçaqmalçılıq şübhəsi ilə həbs olunduğunu xəbər vermişdi.
DOĞRU.AZ




























