image-n1karobka_ads
image-123
image-693b022b02e8bd018c658ee4backend

ÜST: COVID-19-dan sağalanların 6%-i hələ də uzunmüddətli simptomlarla yaşayır

image-ad_qayo_720x110px

COVID-19-dan sağalan insanların təxminən 6%-i hələ də virusla bağlı müxtəlif davamlı simptomsuz əziyyət çəkir.

Doğru.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə Fövqəladə Hallar və Reaksiya Departamentinin rəhbəri Əbdirəhman Məhəmməd məlumat verib. Onun sözlərinə görə, “Uzunmüddətli COVID simptomları ciddi bir problemdir. 100 nəfərdən altısı hələ də onun nəticələri ilə mübarizə aparır.”

Mütəxəssislər bildirirlər ki, uzun COVID-in əlamətləri yüngül yorğunluqdan, yaddaş pozuntularına və hətta “beyin dumanı” kimi şikayətlərə qədər dəyişə bilər.

Daha əvvəl praktik həkim Nadejda Çernışova COVID-19-un bəzi hallarda ikincili mielit – onurğa beyninin iltihabına səbəb ola biləcəyini demişdi.

Bundan əlavə, Uşaq Tibb Mərkəzinin transfuziya şöbəsinin müdiri, “+Ya” qan və plazma donorluğu layihəsinin eksperti Pavel Traxtman qeyd edib ki, koronavirusdan sonra yaranan mikrotromblar kapilyar qan axınını tıxaya bilər və bu da müxtəlif fəsadlara yol açır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki