Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin həlli üçün ərazi güzəştlərini qəbul etməkdən başqa yolu yoxdur.
Doğru.az xəbər verir ki, bu barədə Almaniyanın Der Tagesspiegel nəşri yazıb. Məqalədə qeyd olunur: “Zelenski küncə sıxışdırılıb: o, indi danışıqlar aparmalıdır”.
Nəşrin fikrincə, Ukraynanın hərbi resursları tükənir və Qərbin dəstəyinin azalması Kiyevi kompromisə məcbur edir.
Bundan əvvəl İspaniyanın El País qəzeti yazmışdı ki, Avropa artıq etiraf etməyə başlayıb – münaqişəyə son qoymaq üçün Kiyev ərazi güzəştlərinə getməli olacaq.
DOĞRU.AZ




























