image-n1karobka_ads
image-123
image-692443f202e8bd65f03dd51fbackend

“Zita Geeta” və “Mənim sevgilim Raca” adlı hind filmlərinin ulduzu Dharmendra vəfat edib

image-ad_qayo_720x110px

Hind kinosunun canlı əfsanələrindən biri, “Bollivudun adamı” kimi tanınan məşhur aktyor Dharmendra Keval Krişan Deol 90 illik yubileyinə iki həftə qalmış vəfat edib. Bu barədə Hindustan Times məlumat yayıb.

Doğru.az xəbər verir ki, aktyor “Zita Geeta”, “Sevimli Racam”, “Qisas və Qanun” kimi kult filmlərdəki rolları ilə milyonların sevgisini qazanmışdı. 60 ildən çox davam edən kino karyerasında o, 300-dən çox filmdə çəkilmişdi.

Dharmendra oktyabrın sonunda nəfəs almaqda çətinlik yaşadığı üçün xəstəxanaya yerləşdirilmişdi. Lakin müalicədən sonra evə buraxılan aktyor Mumbaydakı evində xəstəxanadan çıxdıqdan 12 gün sonra dünyasını dəyişib.

Hindistanın baş naziri Narendra Modi onun vəfatını “hind kinosunda bir dövrün sonu” adlandırıb.

Qeyd edək ki, iyulun 3-də məşhur Hollivud aktyoru, “Once Upon a Time in Hollywood”, “Kill Bill” və “The Hateful Eight” filmlərində rol alan Maykl Madsen də 67 yaşında vəfat etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki