image-2000x150px
image-123
image-ads_atlas
image-vtf7hm6xs577ltgyzb2cqmozgqufxvft7edlwd0fbackend

ADAU-nun tələbələri Aqrar Xidmətlər Agentliyində istehsalat təcrübəsi keçirlər

image-728x90px

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşunaslıq və aqrokimya fakultəsinin lV kurs tələbələri mart ayının əvvəlindən başlayaraq Aqrar Xidmətlər Agentliyinin (AXA) Mərkəzi Laboratoriyasında 3 ay müddətinə istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi ADAU ilə AXA arasında bağlanmış ikitərəfli müqavilə əsasında həyata keçirilir.

Təcrübənin başlanğıcında ilkin olaraq tələbələrə laboratoriyada olan müasir tipli cihazlar haqqında ətraflı məlumat verilib və laboratoriyada analizlərin aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması və reaktivlərdən düzgün istifadə qaydaları öyrədilib.

İstehsalat təcrübəsi zamanı tələbələr laboratoriyada istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, torpaq və su analizlərinin gedişatı ilə yaxından tanış olurlar. Təcrübə zamanı tələbələrə müstəqil şəkildə praktik işləri yerinə yetirmək bacarığı və vərdişləri öyrədilir.

Üc ay davam edəcək təcrübə müddətində torpaq mülkiyyətçilərinin təqdim etdiyi torpaq nümunələrində elektrik keçiriciliyi, mexaniki tərkibi, humusun, fosforun, azotun , kaliumun  təyini kimi bir sıra analizlərin tələbələrə öyrədilməsi nəzərdə tutulur.

Mayın 24-dək davam edəcək İstehsalat təcrübəsi tələbələrdə zəruri olan praktiki vərdişlərin yiyələnməsində və yüksək ixtisaslı kadrların formalaşmasında mühüm rol oynayacaqdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki