image-2000x150px
image-123
image-ads_atlas
image-hftazeszqpmrfzv8uflycvggmcwsl4wbvq64liiybackend

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Türkiyə Respublikasında keçirilən təlimdə iştirak edib – FOTO

image-728x90px

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma  Mərkəzinin (LESM) bir qrup əməkdaşı Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Torpaq, Gübrə və Su Ehtiyatları Mərkəzi Araşdırma İnstitutunda torpaqların aqrofiziki analizlər bölümündə keçirilən təlimdə iştirak edib.

Təlimdə torpaqların mühüm aqrofiziki xüsusiyyətləri olan torpağın su tutumunun təyini, bitkinin soluxma nəmliyi, torpağın həcm ağırlığı, xüsusi çəkisi, torpaq məsaməliyinin təyini,  struktur analizi, torpağın su sızdırma qabiliyyətinin təyini öyrənilib.

Aqrar Xidmətlər Agentliyinin LESM-in Mərkəzi Laboratoriyasında qeyd olunan analizlərin icra olunması üçün zəruri cihaz və avadanlıqların mövcud olduğunu nəzərə alaraq, təlimdə əldə olunan  bilik və bacarıqlar praktiki olaraq laboratoriyada icra olunacaq,  aqrofiziki analizlərin yerinə yetirilməsinə, həmçinin fermerlər tərəfindən sifariş olunan bu tip analizlərin həyata keçirilməsinə müsbət təsir göstərəcəkdir.

Təlim müddətində laboratoriya şəraiti ilə tanış olunub, həmçinin qeyd olunan mərkəz ilə qarşılıqlı əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması və s. mövzularda fikir mübadiləsi aparılıb.

Təlimin sonunda mərkəzin rəhbərliyi tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.

image-eu3dz9ok3llgbwom1rl3bmpw4fofgffmfoqle0dj image-d1eopefwqzmpl2ecx8nrjr2nn3wvvxujo2cgijtn

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki