Çay həm gündəlik içki rasionunun vacib hissəsi, həm də sağlamlığa faydalı içki kimi geniş yayılıb.
Doğru.az xəbər verir ki, mütəxəssislər çayın antioksidantlarla zəngin olduğunu, ürək-damar sistemi üçün faydalı təsir göstərdiyini və immuniteti gücləndirdiyini bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, yaşıl və qara çay orqanizmdə metabolizmi sürətləndirir, həmçinin konsentrasiyanı və zehni fəaliyyəti artırır. Lakin çayın həddindən artıq içilməsi yuxu pozuntularına və həzm problemlərinə səbəb ola bilər.
Ekspertlər tövsiyə edirlər ki, gündəlik çay istehlakı 3-4 fincanı keçməsin və mümkün qədər şəkərsiz qəbul edilsin. Bu, həm sağlamlığı qorumağa, həm də çayın faydalarını tam şəkildə əldə etməyə imkan verir.
İlqam Cəbiyev
DOĞRU.AZ




























