image-2000x150px
image-123
image-ads_atlas
Çinli alim ADAU tələbələrinə “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə keçib-FOTObackend

Çinli alim ADAU tələbələrinə “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə keçib-FOTO

image-728x90px

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə keçirilib.

Doğru.az xəbər verir ki, kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən mühazirəni Honq-Konq Bilik İdarəetmə və İnnovasiya Tədqiqatları Mərkəzinin (KMIRC) direktoru, Honq-Konq Politexnik Universitetinin Təhsil İnkişaf Mərkəzində Təhsilin İnkişaf etdirilməsi üzrə mütəxəssisi Eric Tsui təqdim edib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Emin Əliyev, ADAU-nun tədris işləri üzrə prorektoru  Anar Hətəmov mövzunun aktuallığı, ölkəmizdə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, aqrar təhsilin və elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Professor Eric Tsui dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti, sosial-iqtisadi inkişafda rolu, süni intellektdən istifadə ilə bağlı təqdimatla çıxış edib.

Onlayn mühazirədə iştirak edən universitetin ingilis bölməsi üzrə müvafiq ixtisaslarda təhsil alan tələbələrinin sualları mühazirəçi tərəfindən cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki