image-2000x150px
image-123
image-ads_atlas
image-tckley0xohyw6rkmji6ioe9hetstqaomddvo9otibackend

Fermerlərə məhsul subsidiyası ödənilib

image-728x90px

Pambıq, tütün və şəkər çuğunduru üzrə 413 fermerə 255 min manatdan çox məhsul subsidiyası ödənişi həyata keçirilib.

Doğru.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal məlumat verib.

Qaydalara əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək elektron bəyannaməni, dekabrın 15-dək isə məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri – yəni qəbul qəbzlərini, tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları Subsidiya İnformasiya Sisteminə daxil etməlidilər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

AKİA rəsmisi Ruslan Zeynal onu da əlavə edib ki, hazırda qurum tərəfindən digər subsidiyaların ödənişləri də həyata keçirilir.

Xatırladaq ki, aqrar subsidiyalar “Fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan vəsaitdir. Nağdlaşdırılmayan vəsait fermerlərin təchizatçılardan təsərrüfatları üçün toxum, gübrə, pestisid əldə etməsi üçün nəzərdə tutulub. Qaydalara görə subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki