image-n1karobka_ads
image-123
image-692ee93aae5ac938102c600ebackend

Həkim: Balıq pəhrizdə əti tam şəkildə əvəz edə bilər

image-ad_qayo_720x110px

Balıq düzgün seçildiyi və normaya uyğun qəbul edildiyi halda pəhrizdə əti tam şəkildə əvəz edə bilər.

Doğru.az xəbər verir ki, bunu qidalanma üzrə həkim mütəxəssislər açıqlayıb.

Mütəxəssislərin sözlərinə görə, balıq orqanizm üçün vacib olan yüksək keyfiyyətli zülal, omeqa-3 yağ turşuları, D və B qrupu vitaminləri, eləcə də selenium və yod kimi minerallarla zəngindir. Bu baxımdan, həftədə bir neçə dəfə balıq yemək əti rasiondan çıxarmağa imkan yaradır.

Həkimlər bildirir ki, xüsusən yağlı balıqlar – qızılbalıq, skumbriya, sardina – ürək-damar sistemi üçün faydalı olmaqla yanaşı, insanın gündəlik zülal tələbatını da tam ödəyə bilir.

Mütəxəssislər qeyd edirlər ki, yalnız balıqla qidalanmaq əti tam əvəz edir, lakin rasionun balanslı olması üçün tərəvəz, dənli bitkilər və digər qida qrupları ilə birlikdə qəbul edilməsi tövsiyə olunur. Balıq allergiyası və ya müəyyən xəstəlikləri olan şəxslərin isə həkimlə məsləhətləşməsi vacibdir.

Şəhla Qardaşova

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki