Doğru.az xəbər verir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə naringi bağlarının sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə naringi bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Naringi sahələrinin sığortalanması zamanı sitrus bitkilərinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün sitrus bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.
Belə ki, naringinin bir hektarı üçün məhsuldarlıq norması 1,8-500 sentner arasında, qiymət isə 80-150 manat/sentner arasında müəyyən edilib.