image-2000x150px
image-123
image-ads_atlas
image-1backend

Özbəkistanın Termiz Universitetində keçirilən görüşdə Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq məsələlərindən danışılıb

image-728x90px

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanın Surxandərya vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri davam edir. 

Azərbaycandan  gələn qonaqlar, bu ali məktəbin professor- müəllim heyəti iştirak edib.

İlk öncə Termiz Dövlət Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

Rektor A.Maraximov qonaqları salamlayıb, universitet haqqında məlumat verərək bildirib ki, bu ali məktəb 1950-ci ildən fəaliyyətə başlayıb. Rektor Azərbaycanın universitetləri ilə əlaqələrindən danışıb, əməkdaşlığın daha da genişləndirilməsi vacibliyinə toxunub.

Qənirə Paşayeva ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıb. Deputat Termiz Dövlət Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında müəllim və tələbə mübadiləsinin aparılması məsələsinə toxunub.

Komitə sədri 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın qaytarıldığını, qədim Şuşa şəhərinin azad olunduğunu bildirib. Q.Paşayeva işğaldan azad olunan şəhər və kəndlərimizin yerlə-yeksan olunduğunu, məscidlərin və digər tarixi abidələrin dağıdıldığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə bu il Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edilib. Gələn il isə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı olacaq. Bu haqda müvafiq qərar artıq verilib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, keçmiş SSRİ dövründə və müstəqillik illərində böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Füzuli və Nəsiminin, müasir şairlərin əsərləri vaxtaşırı özbək dilində çap olunub, Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə edilib. Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin  “Şuşa ili” elan olunduğunu və bu münasibətlə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Termiz Dövlət Universitetində Xurşudbanu Natəvan adına Azərbaycan ocağının yaradıldığını vurğulayıb. S. Abbasov yaradılan ocağın gələcək fəaliyyəti və Özbəkistanda yaradılan bu cür ocaqların, mərkəzlərin iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına xidmət etdiyini qeyd edib. Diplomat gələcəkdə Özbəkistandakı universitetlərdə yaradılan bu ocaqlarda onlayn Azərbaycan dili kurslarının təşkil ediləcəyini, birgə konfrans və görüşlərin keçiriləcəyini söyləyib.

Akif Marifli Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən kitabxanalar arasında onlayn platformanın yaradılacağını və sözügedən platformaya Özbəkistan kitabxanalarının, o cümlədən Termiz Dövlət Universitetinin də qoşulmasını, cari ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Kitab sərgi yarmarkasında Univerditetin də iştirakını təklif edib.

Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə şəhəri haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində Ermənistan tərəfdən bu qədim şəhərin raket atəşinə tutulması, dinc sakinlərin, o cümlədən uşaqların öldürülməsi haqqında məlumat verib. O, Gəncə şəhərində “Nəvai günü”, Termezdə isə “Nizami günü” keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Sonra Universitetin zalında tələbələrlə görüş və rəsmi çıxışlar olub. İki ölkə arasında dostluq, əməkdaşlıq məsələləri, bu istiqamətdə həyata keçiriləcək işlər barədə məlumatlar verilib, Azərbaycan nümayəndə heyəti adından Universitetə hədiyyələr bağışlanıb.

Tədbirin bədii hissəsində azərbaycanlı sənətçilər çıxış edib. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnıları və təsniflərimizi, aşıq İlham Abdullayev saz havalarını, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Kövkəb Əliyeva adına Azərbaycan qızları”” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

DOĞRU.AZ

image-2 image-3 image-4

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki