“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Doğru.az xəbər verir ki, oyundan sonra bir sıra məşhurlar matçla bağlı fikirlərini bölüşüb. Xalq artisti Tünzalə Ağayeva şəxsi “İnstagram” hesabında FK Qarabağa təşəkkür edib və yazıb:
“Əziz FK Qarabağ, əziz Qurban müəllim, sizə sadəcə bir vətəndaş olaraq təşəkkür etmək istəyirəm. Nə gözəl zamana gəlib çatmışıq ki, dünyada hər bir klubun sizin yerinizdə olmağı arzuladığı Çempionlar Liqasında öz əzmkar oyununuzla bizə bu həyəcanı yaşadırsınız. Tənqid etməyə nə var ki? Bunu hamımız bacarırıq! Təki bütün sahələrdə sizin qədər beynəlxalq uğurlarımız olsun. Sizinlə fəxr edirəm!”
DOĞRU.AZ





























