image-2000x150px
image-123
image-ads_atlas
image-hlp2rgr7ctdlixqbox2axrbtayi6catk0zieb83bbackend

Xarici ölkələrdən 64 professor və müəllim aqrar ixtisaslar üzrə ADAU tələbələrinə mühazirə deyəcəklər

image-728x90px

Doğru.az xəbər verir ki,  Azərbaycan Dövlət Aqrar Universitetinin elmi-tədris inkişafına dəstək məqsədilə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin mütəxəssisləri mühazirələrə cəlb olunub.

İmzalanmış əməkdaşlıq memorandumlarına əsasən, Ankara Universiteti (Türkiyə), Harran Universiteti (Türkiyə), Kazan Baytarlıq Akademiyası (Rusiya), Sankt-Peterburq Dövlət Baytarlıq Akademiyası (Rusiya), Timişoara Banat Kənd Təsərrüfatı və Baytarlıq Təbabəti Universiteti (Rumıniya) və Novo-Qoritsa Universitetinin (Sloveniya) professor-müəllim heyəti ADAU tələbələrinə aqrar ixtisaslar üzrə müxtəlif mövzularda mühazirə deyəcəklər. Ümumilikdə tədris prosesinə xarici universitetlərdən 64 professor və müəllimin cəlb olunması nəzərdə tutulur. ADAU-nun aqronomluq fakültəsinin tələbələrinə dərs deyəcək xarici müəllimlər arasında Nova Gorica Universitetinin prorektoru Mladen Franco da var.

Mühazirələr türk, ingilis və rus dillərində aparılacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki