image-2000x150px
image-123
image-ads_atlas
image-36e2836d-c3e0-3bd3-b6a4-2304e24c36b0_850backend

Azərbaycanın aqrar sektorunda dərman və pestisiddən istifadəyə necə nəzarət edilir?

image-728x90px

Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da torpaq və su resurslarına qənaət etmək, bol meyvə-tərəvəz istehsal etmək üçün dərman preparatlarından və pestisidlərdən geniş istifadə olunur. Bəs onlardan istifadə normalara uyğundurmu? Bu məsələyə necə nəzarət olunur?  insan sağlamlığı baxımından həssas olan bu mövzu ilə bağlı araşdırma aparıb.

“Fermerlər istədikləri qədər dərman və pestisid tətbiq edirlər”

Aqrar sahə üzrə ekspert Köçəri Həsənov hesab edir ki, Azərbaycanda bu sahədə vəziyyət elə də yaxşı deyil: “Ölkəmizdə dərman və pestisidlərdən istifadəyə nəzarət elə də güclü deyil. Azərbaycanlı fermerlər məhsullarına istədikləri qədər dərman və pestisid tətbiq edirlər. Halbuki, dünyada kimyəvi tərkibli maddələrin meyvə və tərəvəz istehsalında tətbiqi getdikcə azaldılır. Hətta bəzi Avropa ölkələrində dərman və pestisidlərdən kənd təsərrüfatı məhsullarının istehalında istifadə qadağandır. Çünki onlar insan orqanizmi üçün zərərverici komponentlər yaradır”.

Onun sözlərinə görə, normalara uyğun istehsal edilməmiş məhsulların zərərini isə daha çox onların yerli alıcıları, yəni vətəndaşlarımız çəkir. Ümumiyyətlə isə, Azərbaycan məhsulları əksər ölkələrin standartlarına cavab vermədiyi üçün xarici bazara elə də çox çıxarılmır: “Meyvə-tərəvəzdə olan dərman və pestisidlərin səviyyəsi laboratoriya analizlərində özünü birüzə verir. Tanıdığım bir neçə sahibkar ərəb ölkələrinə məhsul göndərmək istəyib. Onlardan nümunələr istənilib və göndərilmiş məhsullar standartlara cavab vermədiyinə görə, ərəblər bizim məhsulları qəbul etməkdən imtina ediblər. Hazırda məhsullarımız əsasən Rusiya da daxil olmaqla MDB ölkələrinə ixrac edilir və ucuz satılır. Bu isə fermerlərin az gəlir əldə etməsi deməkdir. Üstəlik digər xarici ölkələr bizim bazarlarda mövqelərini gücləndirirlər”.

Qida Təhlükəsizliyi Agentliyi nə deyir?

Qida Təhlükəsizliyi Agentliyindən isə “Report”a bildirilib ki, bitkiçilik məhsullarının yetişdirildiyi istər qapalı (istixana), istərsə də açıq təsərrüfat sahələrində yalnız dövlət qeydiyyatına alınmış preparatlardan istifadə edilməsinə icazə verilir. Bununla bağlı, agentliyin müfəttişləri təsərrüfat sahələrində mütəmadi monitorinqlər aparır. Bu zaman təsərrüfatda istifadə edilən preparatların dövlət qeydiyyatında olub-olmadığı, onların istifadə reqlamentinə uyğun tətbiq olunması, hər tətbiq arası, eləcə də, preparatın son tətbiqi ilə məhsul yığımı arasındakı gözləmə müddəti ilə bağlı qeydiyyatlara, həmçinin etiketinə uyğun saxlanma şəraitinə və digər məsələlərə diqqət yetirilir. Qeyd olunanlarla bağlı hər hansı uyğunsuzluq aşkar edildiyi təqdirdə, həm preparat, həm də bitkiçilik məhsulundan müvafiq qaydada nümunələr götürülərək, keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Sınaq nəticəsi uyğun olmayan, habelə digər uyğunsuzluqlar aşkar edilmiş istehsal müəssisələri barədə aidiyyəti qurumların iştirakı ilə yoxlamalar həyata keçirilir.

Hər preparatın istehsalçısı tərəfindən müəyyən edilən fərqli tətbiq normaları vardır. Bununla bağlı olaraq, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr qeydiyyata alınmazdan öncə dövlət sınağına göndərilir. Belə ki, sənəd və laborator ekspertizası uyğun olan preparatlar AQTA yanında fəaliyyət göstərən Ekspert Şurasının təyin etdiyi müvafiq elmi-tədqiqat müəssisələrinə göndərilir. Etiketində qeyd olunmuş bitki qrupları və istifadə normalarına uyğun olmaqla tarla və istehsalat sınaqları həyata keçirilmiş və hər hansı uyğunsuzluq açkar edilməmiş preparatlar barədə hesabatlar tərtib edilir. Agentliyə təqdim edilmiş hesabatlarda preparatların ölkə ərazisində tətbiq reqlamenti işlənib hazırlanır ki, agentlik həmin tətbiq reqlamentlərini nəzərə anmaqla, preparatları dövlət qeydiyyatına alır”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki