image-2000x150px
image-123
image-ads_atlas
image-234547_y2iigac0qbbackend

Qələmsiz yazılanlar – Rəşad Məcidin status-esseləri

image-728x90px

Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru

“Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”

Cənab Prezidentin bu sözlərindən sonra Qaçqınkom binasının qarşısı qaynayacaq, telefonları susmayacaq yəqin ki.

Öz doğma yurdlarına dönmək istəyən 30 ilin həsrətliləri üçün böyük səadət və xoşbəxtlikdir bu sözləri eşitmək.

lll

Prezidentin səmimiyyəti hamını heyran elədi. Müslüm Maqomayevə, ailəsinə belə münasibət hörmət və ehtiramın gözəl ifadəsi oldu.

lll

Feysbuk stadion deyil. Mədəni, tərbiyəli adamlar heç stadionda da söymürlər. “Neftçi”nin qələbəsini hamımız arzulayırdıq, heç olmasa “Qarabağ”ın tək qalmaması xatirinə. Pis də oynamadılar, can qoymasalar da, çalışdılar. Komandada nəsə, bəlkə də, ruh çatmır.

Məğlubiyyət hamını qəzəbləndirir. Amma qəzəb şaxə qalxanda da feysbukun ictimai məkan olduğu unudulmamalıdır. Heç kimin futbolçuları təhqir eləməyə, alçaltmağa haqqı yoxdur.

Bunu bilməli, məsuliyyəti dərk etməliyik.

lll

Dünəndən Anarın şeirin axtarırlar.

Mən də Anarın Ramiz Rövşənə ithaf etdiyi şeirdən bir iki bənd paylaşıram.

Həftə sonu rahat olun!..

Onu deyim ki, Anarın şeir kitabı da çıxıb (Şairlik bir azardı,-

Hərdən-birdən tutandı…)

 

Namərdlə tikə kəsmə

Süfrədə aş olsa da.

Kim bizə bir söz deyər

Göz üstə qaş olsa da.

 

Sudan quru çıxan var

İşləri yaş olsa da.

El gözü tərəzidir

Hərdən lap çaş olsa da.

 

Səsimizi duyurlar

Bərk, ya yavaş olsa da.

Bizə hürən sürüdə

Yüz Alabaş olsa da…

lll

Doğruluğu şübhə doğuran, yalan olduğu açıq görünən xəbəri yayırsansa, pis adamsan, vicdansızsan, trollsan, ən azından nadansan.

lll

Belə olmaz axı! Nooldu, bu millətin alimi də, müəllimi də, yazıçısı da, jurnalisti də, həkimi də, hakimi də, deputatı da… pisdir, yararsızdır?

Hamıya qarşı bu aşağılama hissi nədən, haradan doğur? Bu qədər aqressiya haradan qaynaqlanır?

lll

Jurnalist Asəf Quliyevin “Moqila” (“Məzar”) filminə baxdım. 2019-cu ildə çəkilib. Milli Qəhrəman Allahverdi Bağırov və onun məzarı barədə mükəmməl jurnalist araşdırmasıdır. Asəfin bu araşdırması, əzmkarlığı və zəhməti ehtiram doğurur.

Heyrətamiz filmdir. Var olsun.

Özüm də təəccüb və təəssüf etdim ki, niyə indiyəcən rastıma çıxmayıb, niyə baxmamışam?..

lll

Niyə bir dövlət qurumu bacarır, o biri bacarmır?

 

İnformasiya texnologiyalarının inkişafı, sosial platforma və şəbəkələrin əhatə dairəsinin günü-gündən genişlənməsi ilə mövqeyindən, sosial statusundan asılı olmayaraq hər bir fərdin istədiyi fikri ictimailəşdirməsinə sərhədsiz meydan açılması dövlət və hökumət qurumlarının işini xeyli çətinləşdirib. Dörd bir tərəfdən axın edən şikayət və narazılıqları, yazılan müxtəlif səviyyəli statusları, çəkilib yayımlanan videomaterialları bir-bir araşdırıb cavablandırmaq rəsmi strukturların əməkdaşları üçün böyük müşkülə, fiziki baxımdan, az qala, imkansız prosesə çerilib.

Bununla belə, indiki yeni şəraitdə – hər ağızdan bir avazın gəldiyi, gözünə görünənin dərhal telefona çəkib paylaşıldığı, yeri gəldi-gəlmədi nəyəsə qəzəblənəndə ani hirsi-hikkənin statusa çevirib ictimaiyyətə çatdırıldığı indiki xaotik dövrdə qulaqları bağlamaq, eşitməzdən-görməzdən gəlmək, yayılan doğru-yalan səsləri, hay-küyü inzibati üsullarla susdurmağa çalışmaq da çıxış yolu sayıla bilməz. Dövlət və hökumət qurumları ya həddindən artıq çevik davranıb yaranmış şəraitə uyğunlaşmalı, belə gərgin rejimdə işləməyə alışmalı, ya da məğlub durumları ilə barışmalıdırlar.

Əlbəttə, belə ağır, gərgin, möhkəm əsəb tələb edən iş qrafiki ilə çalışmaq çətindir, hətta çox çətindir, amma imkansız da deyil. Heç uzağa getməyək, bizim özümüzdə də belə çevik qurumlar, çətinlik və gərginliyə qatlaşa bilən məmurlar, az da olsa, var. Vaxtaşırı ictimaiyyətlə əlaqələr sahəsində çalışan belə məmurlar barədə xoş fikirlərin də eşidildiyinin şahidi oluruq. Mən də bir neçə dəfə belə çevik qurumlar və məmurlar barədə təqdiredici fikirlər səsləndirmişəm.

Hesab edirəm ki, çatışmazlıqlar, əyər-əskiklər deyildiyi, qabardıldığı kimi, müsbət tendensiyaların təqdiri də ümumi işin xeyrinə olar.

Məsələn, xeyli müddətdir apardığım müşahidələrə əsasən sosial şəbəkə və platformalarda səslənən tənqidi fikirlərə, söylənən iradlara ən çevik reaksiya verən rəsmi dövlət orqanı kimi Daxili İşlər Nazirliyinin adını çəkmək istəyirəm. Əslinə qalsa, bir hüquq mühafizə orqanı – adı çəkiləndə insanlarda ilk növbədə cəza strukturu təsəvvürü yaradan bir qurum üçün bu, bəlkə də, çətin, mümkünsüz məsələ kimi görünə bilərdi. Amma reallıq tamamilə fərqlidir.

Sosial şəbəkələrdə polisin ünvanına hansısa bir irad, giley-güzar səsləndimi, yaxud kimsə hansısa polis orqanından şikayət etdimi, çox keçmir, nazirliyin Mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Elşad Hacıyev görünür; situasiyanı aydınlaşdırır, əlaqədar polis rəsmiləri prosesə cəlb olunur, şikayətçi dəvət edilir, məsələ araşırılır, haqlı şikayət qısa müddətdə öz müsbət həllini tapır. Həm də bütün bunlar elə operativliklə, elə çevikliklə edilir ki, tez bir zamanda belə mürəkkəb işin öhdəsindən necə gəlindiyi bəzən təəccüb doğurur.

Bu yerdə xüsusi qeyd etməli bir məqam da odur ki, bütün bunların müqabilndə Daxili İşlər Nazirliyinin hansısa nümayəndəsinin dilindən indiyədək bir dəfə də olsun mətbuatın, sosial şəbəkələrin, yeni medianın ünvanına bir kəlmə sərt ifadə, “qapansın”, “bağlansın”, “cəzalandırılsın” kimi çağırışlar eşitməmişik.

Yeni dövrün, yaşadığımız zamanın da tələbi budur; heç bir informasiyanı gizlətmək, deyən ağızı, görən gözü qapatmaq mümkün deyil və yeganə çıxış yolu bu reallıqlarla barışmaq, yeni şəraitə uyğunlaşmaq, səslənən iradları, şikayətləri səbr və təmkinlə araşdırıb qaranlıqları aydınlığa çıxarmaqdır. Əgər bir dövlət qurumu bunu bacarır, amma o biriləri bacarmırlarsa və vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkirlərsə, yaxşı olar, günahı mətbuatda, sosial şəbəkələrdə, yeni mediada yox, özlərində axtarsınlar.

lll

Uduzduğunu boynuna almaq, məğlubiyyətlə barışmaq da xarakter göstəricisidir. Cığallıq məğlubların son sığınacağı, riyakarların hiyləgər fəndidir…

lll

Adətən, suçlu adamlar, günahı olanlar pafos və qışqırıqla danışırlar.

lll

Yaxşı, sərrast söz deyənlərə ünvanlanıb yəqin: “Dilini arı sancsın…”

lll

Naməlum qrupların bir-birini etik sədləri aşaraq, qadağan olunmuş fəndlərlə vurması cəmiyyətin ağıllı kəsimində ikrah doğurur. Düşmənçiliyi də mərdanə etmək lazımdır.

Hırıldayanlar isə həmişə tapılacaq.

lll

Bir yaxşı filmə baxmaq insan qəlbini durulaşdırır, saflaşdırır, sosial şəbəkələrin kin-küdurət, üfunət qoxuyan ab-havasından uzaq tutur.

Filmə baxın.

 

lll

Allah rəhmət eləsin Firəngiz Rəhimbəyovaya. Ruhu şad olsun. Onun vəfatı sosial şəbəkənin gündəmini dəyişdirdi.

Yoxsa nə qədər adamın xıltı, qəlbinin pası, mahiyyəti açıla-açıla gedirdi…

lll

Səviyyəli zarafat, incə yumor insani keyfiyyətlərin göstəricisidir. İlon Mask da hərdən dünyanı lərzəyə salan zarafatlar edir. Siz də hərdən gülümsəyin ki, qırışığınız açılsın.

lll

İnsan haqqında qənaəti onun et

diyi hərəkətlərin məcmusu formalaşdırır; yaxşıdır, pisdir, etibarlıdır, riyakardır və s. və i.a.

Heç bu qiyməti səsləndirərkən o hərəkətlərin detalları yadında olmur, altşüurundakı yaddaş, informasiya diqtə edir.

Bütün etdiyimiz hərəkətlər adımızı formalaşdırır. Şairin misraları yaxşı ifadə edir bu məqamı:

 

“Ölənəcən canımızla

Yemləyirik adımızı.

Ətimizlə-qanımızla

Yemləyirik adımızı…”

lll

İpək deyir, gedin stadiona, qışqırın, “Qarabağ” udsun…

lll

Əbədi narazı insanlar var – bədnöyüslər…

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki