Doğru.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Victory 45/47” adlı yeni ətir xəttinin satışa çıxarıldığını elan edib.
Trampın sözlərinə görə, bu ad təsadüfi seçilməyib – ətir “qələbəni, gücü və uğuru” simvolizə edir.
Qeyd olunur ki, tualet suyu həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulub.
“Zövq alın, əylənin və qazanmağa davam edin!” – deyə Tramp məhsulun təqdimatı zamanı “Truth Social” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, bu ilin aprel ayında Ağ Evin keçmiş rəhbərinin onlayn mağazasında “Trump 2028” loqolu yeni məhsullar da satışa çıxarılmışdı.
DOĞRU.AZ