Zəngəzur dəhlizini İran, Rusiya və İran, Azərbaycan əlaqələrində yarada biləcəyi mümkün vəziyyət nədən ibarətdir.
Rəsmi Tehran İrəvanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyənatın 9-cu bəndi ilə üzərinə götürdüyü və 4 ilə yaxındır icra etmədiyi öhdəliyi yerinə yetirilməsinin əksinə gedərək, onu bu prosesdən uzaqlaşdırır.
Halbuki, həmin bənddə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi, Ermənistan tərəfinin vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcəyi, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya Federal təhlükəsizlik xidmətin sərhəd xidmətinin orqanlarının həyata keçirəcəyi açıq-aydın yazılıb.
Eyni, zamanda qeyd edilib ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar respublikası ilə Azərbaycan qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin olunacaq. İran tərəfi çox yaxın münasibətdə olduğu Ermənistanı təşviq edir ki, həmin bəndi yerinə yetirməsin. Daha doğrusu, öhdəliyini icra etməsin.
İran nəinki Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermir, həmçinin üçtərəfli bəyanatı imzalayan ölkələrdən biri olan Rusiyanın da prosesdə müsbət rol oynamasının qarşısını almağa çalışır.
Rusiyanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Dedovun bugünlərdə İran Xarici İşlər Nazirliyinə çağrılması bunun göstəricisi hesab oluna bilər. Qeyd edək ki, Rusiya rəsmiləri bu yaxınlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlamalar veriblər. Ölkənin Xarici İşlər Naziri Sergey Lavrov avqustun 19-da Rusiyanın “Birinci kanal” kanal açıqlamasında deyib ki, Rusiya Federasiyası üçün İrəvanın Zəngəzur bölgəsi vasitəsilə kommunikasiyaların açılması dair razılaşmanı sabotaj etdiyini anlamaq çətindir. O qeyd edib ki, Moskva Ermənistanla Azərbaycan arasında sülhün tezliklə bağlanılmasının tərəfdərıdır.
İran sonuncu dəfə ən yüksək səviyyədə 2024-cü il iyulun 30-da təkrarlayıb. Ölkənin ali rəhbəri Əli Xameneyi həmin gün Tehranda N.Paşinyanı qəbul edərək deyib:
“İran hələ də hesab edir ki, Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına ziddir”. İranın bu mövqeyi üzündən 44 günlük vətən müharibəsindən sonra Azərbaycanla münasibətlər pisləşib. İndi isə açıq-aydın görünür ki, İranla Rusiya arasında da soyuqluq yaranıb. Tehran Moskvanın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsindən narahatdır. Əslində, Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu”qırmızı xatt” təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə qarşı çəkilib.
Nəticədə göründüyü kimi, İran Zəngəzur dəhlizinə qarşı çıxmaqla, əslində, özünün maraqlarını düşünür. Ermənistanı isə öz mənafeyinə açıq-aşkar qurban verir. Rəsmi İrəvanın gərçəkliyi anlaması və dəhlizin açılması məsələsində yersiz inaddan əl çəkməsi, fitnə-fəsada uymaması gərəkdir.
Cəfərova Xanım