image-2000x150px
image-123
image-ads_atlas
image-1662220324_media-3-fermerlerle-gorush-tb4uvj8p3gcmk517q902backend

Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə görüş keçirildi – FOTOLAR

image-728x90px

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sədrliyi ilə keçən görüşdə, müavinləri, kənd təsərrüfatı üzrə məsul qurumların nümayəndələri, ağstafalı fermerlər iştirak ediblər.

Seymur Orucov çıxış edərək regionların sosial-iqitisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar rayonda görülmüş işlərdən, aqrar sahənin inkişafı istiqamətlərindən, bu sahədə fermer və sahibkarlara göstərilən yüksək dövlət qayğısından söz açıb.

Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov məruzəsində rayon ərazisində taxıl səpini, yazlıq-payızlıq əkin, səpilmiş dənli bitkilər, yoncalıqlar və örüş sahələrinin ümümi vəziyyəti, heyvandarlıq, arıçılıq, baramaçılıqla bağlı görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, mütəmadi olaraq torpaq sahələrindən nümunə götürülərək aqrokimiyəvi analiz aparılır, torpaqda hansı kimyəvi elementin az və ya çox olduğu müəyyən olunur və fermerlərə əkin planlaşdırılması üçün tövsiyələr verilir.

Həmçinin qeyd olunub ki, 2019-cu ildən bu günədək 11802 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmişdir. Hazırda təkrar əkinlər üzrə bəyan prosesi davam etdirilir.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə fermerləri maraqlandıran məsələlər, onların irə sürdükləri təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Rayonun aqrar sahəsində innovativ texnologiyaların geniş tətbiqi ilə məhsuldarlığın artırılması və inkişafı yolları, payızlıq şumun mövcud durumu, suvarma suyu, gübrə, texnika təminatı ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub.

image-1662220235_media-2-fermerlerle-gorush-3v6alyetn4s5i107rjbq image-1662220315_media-1-fermerlerle-gorush-5ansf2rcjbke69ut4zxl image-1662220300_media-4-fermerlerle-gorush-v12l9sojhtmurwazck0g image-1662220318_media-5-fermerlerle-gorush-eyv40xlkjbnat38rf79g image-1662220261_media-6-fermerlerle-gorush-jw26hy5l8uomev4x3igz image-1662220240_media-7-fermerlerle-gorush-973fy6w4tmqsx8u1cja2

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki