Bu gün – mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sankt-Peterburqda Azərbaycan diasporunun üzvləri Goroxovaya küçəsi 6 ünvanında yerləşən barelyef önündə toplaşaraq böyük liderin əziz xatirəsini yad ediblər.
Tədbirdə təkcə soydaşlarımız deyil, həm də müxtəlif millətlərin nümayəndələri, o cümlədən rus dostlarımız və uşaqlar iştirak ediblər. Bu, Heydər Əliyevin irsinin təkcə azərbaycanlılar üçün deyil, müxtəlif xalqlardan olan insanlar üçün də böyük əhəmiyyət daşıdığını bir daha göstərdi.
Tədbirin təşkilində xüsusi rolu olan, illərdir bu ənənəni yaşadan və müxtəlif mədəniyyətləri ümummilli liderin ətrafında bir araya gətirən Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Mamişevə xüsusi təşəkkür edilib.
Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin icraçı direktoru Rəşadə Orucova tədbir iştirakçılarına müraciətində bildirib ki, bu cür görüşlər Ulu Öndərin irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
DOĞRU.AZ.