Oktyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Doğru.az xəbər verir ki, görüş zamanı Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və öz salamlarını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.
Tərəflər 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyətini qeyd ediblər. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Baş nazirlər ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
DOĞRU.AZ