Fukuokadakı Kyushu Universitetinin alimləri müəyyən ediblər ki, sosial əlaqəsi az olan yaşlı insanların beyni daha tez-tez ünsiyyətdə olan insanlardan daha kiçikdir. Əvvəllər belə beyin dəyişiklikləri demans riskinin artması ilə əlaqələndirilib.
Tədqiqat Neurology jurnalında dərc olunub.
Tədqiqatda orta yaşı 73 olan və demensiyası olmayan 8896 insan iştirak edib. Onlar beyinlərinin MRT-sindən, həmçinin tibbi müayinədən keçiblər. Sosial əlaqələrin sayını müəyyən etmək üçün onlara bir sual verildi: “sizinlə yaşamayan qohumlarınız və ya dostlarınızla nə qədər tez-tez ünsiyyət qurursunuz – məsələn, telefonla görüşür və ya danışırsınız?”.
Ən az sosial təmasda olan insanların ümumi beyin həcmi ən çox sosial təmasda olan insanlardan əhəmiyyətli dərəcədə aşağı idi. Tədqiqatçılar həmçinin yaş, diabet, siqaret və fiziki fəaliyyət kimi beyin həcminə təsir edə biləcək digər amilləri də nəzərə alıblar.
Alimlər qeyd ediblər ki, sosial əlaqələrin qurulması və davam etdirilməsi beyin atrofiyasının və demensiyanın inkişafının qarşısını almaqda faydalı ola bilər.
Mənbə: gazeta.ru