image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1618893588482backend

Azərbaycanın görkəmli səhnə xadimi Nəsibə Zeynalovanın doğum günüdür – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, bu gün Azərbaycan teatr və kino səhnəsində bir-birindən əvəzsiz obrazlar yaradan xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub.

Atası Kərbəlayı Cahangir Azərbaycan milli realist aktyor məktəbinin banisi olub.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb.

Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar Hacıbəyli ) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
N.Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri (“Dərviş Məstəli şah”, musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Nargilə (“Gözün aydın”,), Şərəf və Nisə (“Durna”, Süleyman Rüstəm), Məsmə (“Toy kimindir?”, Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa (“Ulduz”, Sabit Rəhman) Tükəz və s. rollarının əvəzsiz ifaçısı sayılır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbbi reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib.

Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə əməkdar, 1967-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı “Qızbac”ı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatı adına layıq görülüb. Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib.

Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

image-fb_img_1618893588482image-fb_img_1618893591101 image-fb_img_1618893593241 image-fb_img_1618893597261 image-fb_img_1618893599406 image-fb_img_1618893595256 image-fb_img_1618893601709 image-fb_img_1618893603910

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki