image-n1karobka_ads
image-123
image-5r4a0967backend

Şairə Cığatel xanımın doğum günü – FOTO  

Bu gün müasir ədəbiyyatımızın sevilən simalarından biri, istedadlı şairə Cığatel xanımın doğum günüdür. Onun zəngin yaradıcılığı, dərin lirizmi və vətənpərvər mövqeyi oxucuların qəlbində xüsusi yer tutur.

image-5r4a0919Cığatel xanım ədəbiyyat aləminə qədəm qoyduğu ilk gündən sözə verdiyi dəyər, insanı düşündürən və duyğulandıran şeirləri ilə seçilmişdir. Onun yaradıcılığı Azərbaycan poeziyasına yeni nəfəs gətirmiş, gənc yazarlar üçün örnəyə çevrilmişdir.

image-5r4a1224Yaradıcılığında həm klassik ənənələrə bağlılıq, həm də müasir düşüncənin və hiss dünyasının ahəngi öz əksini tapır. Cığatel xanımın qələmindən çıxan şeirlər təkcə ədəbi dəyəri ilə deyil, həm də ruh yüksəkliyi və mənəvi gücü ilə oxucuları cəlb edir.

Cığatel xanımın qızı Leyla Camal anası ilə bağlı duyğularını bizimlə bölüşdü:

image-5r4a1153“Cığatel xanımı yaşadan xalqın sevgisidir. Anama arzum budur ki, tezliklə ‘Xalq Şairi’ adı alsın. Canı sağlam, ömrü uzun olsun. Hər zaman başımızın üstündən əskik olmasın.”

Əməkdar artist Rəhilə Bəndəliyeva Cığatel xanıma öz xoş sözlərini ünvanladı:

image-5r4a1159“Cığatel xanıma can sağlığı arzulayıram. Balalarının, nəvələrinin xeyrini görsün. Zəhmətkeş xanımdır. Öpürəm, bağrıma basıram.”

Əməkdar artist İlkin Əhmədov da fikirlərini Doğru.az-la bölüşdü:

image-5r4a1431“Cığatel xanımın poeziyasını, şeirlərini çox sevirəm. O, sənətə, xalqımıza çox lazımlı insandır. 100 il yaşasın, sağlam olsun, daim yaratsın. Heç vaxt ‘neynəyim, necə edim’ deməsin.”

Cığatel xanımı təbrik edənlər arasında müğənni Vasif Əzimov da yer aldı. Sənətçi ona can sağlığı, yaradıcılıq yolunda işıqlı və daim yüksək nailiyyətlər arzuladı.

image-img-20250617-wa0599

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Cığatel İsaqızı isə öz doğum günündə arzularını bizimlə bölüşdü:

“Bura qədər həyat bəzən məni yordu, amma bundan sonra özümə sağlam, səhvsiz yaşamaq, ilhamımın sönməməsini arzulayıram. Nə qədər ömrüm var, yaşamaq, yaratmaq istəyirəm.”

image-5r4a0930Aşıq Pəri Məclisi və Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Zülfiyyə də Cığatel xanıma öz arzularını ünvanladı:

image-img-20250617-wa0604“Cığatel xanıma ən gözəl nemət olan can sağlığı arzu edirəm. Onun qələminə, poeziyasına hamımızın ehtiyacı var. Allah onu qorusun.”

Zeynəb Abbasova

DOĞRU.AZ

image-5r4a0995 image-5r4a1017 image-5r4a1047 image-5r4a1089 image-5r4a1255 image-5r4a1322 image-5r4a1319 image-5r4a1355 image-5r4a1406 image-5r4a1485 image-5r4a1558 image-5r4a1646 image-5r4a1698 image-5r4a1766 image-5r4a1798 image-5r4a1832 image-5r4a1968 image-5r4a2027 image-5r4a2121 image-5r4a2173

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki