image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-04-18t100351z_383941780_rc2xg0a7i4gp_rtrmadp_3_ukraine-crisis-russia-wsj-pic_32ratio_1200x800-1200x800-79054backend

ABŞ-ın Rusiyadakı səfiri istintaq təcridxanasında jurnalist Qerşkoviçə baş çəkib

image-728x90px

ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi konsulluq icazəsi alıb və casusluqda ittiham olunan Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçə həbsxanada baş çəkib.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, diplomat jurnalistlə avqustun 14-də bazar ertəsi görüşüb.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanı Evan Herşkoviçi “dərhal azad etməyə” çağıran qətnaməni yekdilliklə qəbul edib. Bütün 422 konqresmen bu təşəbbüsü dəstəkləyib. Qətnamə ABŞ prezidenti Co Bayden administrasiyasını Rusiya hakimiyyəti ilə bütün təmaslarda bu amerikalı jurnalistin taleyi ilə bağlı məsələ qaldırmağa, həmçinin onun dərhal azadlığa buraxılmasına çağırır.

Mayın 23-də Moskvanın Lefortovo Məhkəməsi jurnalist Qerşkoviçin həbs müddətini avqustun 30-dək uzadıb.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki