Azərbaycanın Xalq artisti Röya Ayxan 78-ci Kann Film Festivalında ölkəmizi layiqincə təmsil edərək bir ilkə imza atıb. Dünyaca məşhur tədbirə “Azərbaycan Musiqisinin Mədəniyyət Səfiri” kimi qatılan sənətçi, festival çərçivəsində 100 ən uğurlu şəxs arasında yer alaraq xüsusi mükafata layiq görülüb.
Röya qırmızı xalça mərasimində hər zaman olduğu kimi bu dəfə də seçimi ilə diqqət mərkəzinə düşüb. Stilist Anar Ağakişiyevin dəstəyi ilə sənətçi “Rasario” brendindən olan zərif libasda, “Bulgari” aksessuarları ilə parlaq görünüşünü tamamlayıb.
Qeyd edək ki, Röya Ayxan bu nüfuzlu tədbirdə iştirak edən ilk azərbaycanlı müğənni kimi tarixə düşüb. Onun bu uğuru təkcə şəxsi nailiyyət deyil, eyni zamanda Azərbaycan musiqisinin beynəlxalq aləmdə təbliği baxımından əlamətdar hadisədir.
Doğru.az olaraq sənətçimizi təbrik edir, yeni uğurlar arzulayırıq!
DOĞRU.AZ