image-2000x150px
image-123
image-ads_atlas
image-ecf799ef-ccd3-46e6-baa3-6ace37af9d3ebackend

Gularə Salayevanın “Müqəddəs Məryamın nuru” əsəri hədiyyə edilib – FOTO

image-728x90px

Bakı Müqəddəs Məryam Katolik kilsəsində keçirilən maraqlı tədbirdə azərbaycanlı
qobelen rəssamı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülarə Salayevanın yaratdığı “Müqəddəs Məryamın nuru” əsəri həmin kilsəyə hədiyyə edilib. Əsər qobelen və xovlu xalça texnikasında hazırlanıb.

Müqəddəs Məryəm katolik kilsəsinə təqdim olunan əsərin müəllifi rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayevadır.

Rəssamın əsas fəaliyyət istiqaməti bədii toxuculuqdur. Yaradıcılığında ənənəvi
janr və texnikaların sintezinə meyilli olan Salayevanın əsərləri Azərbaycanda və xarici ölkələrdə nümayış olunur. Kilsəyə hədiyyə olunan əsərdə Müqəddəs Məryamın ənənəvi təsviri verilib.

Burada onun  kanonik simvolları, səma mavili qeyimi və incə qatlarla verilən baş örtüyünün fonunda 12 şüalı günəşli tac və onu əhatə edən eyni sayılı qızıl ulduzlar vurğulanır. “Günəş qeyimlı qadın, …başında 12-ulduzlu tac” (“Mulier amista sole”) ikonoqrafiyası Yuhənnaya Görünən Aşkarlamalarda (12, 1-2) qeyd olunur.

Günəş Nurun ( Xristosun işığını, ədalətin və xeyirxahlığın rəmzini) simvolize edir, 12 ulduz 12 müqəddəs Həvarilərinin doqmatlarının (sonrakı versiyalarda
Xristianlığa pənah qətirən xalqların) ifadəsidir. Qobelen texnikasında icra olunan əsas hissə – portretlə uğurlu sintezi onun ətraf haşiyəsinin həlli təşkil edir. Rəssamın burada tərbiq etdiyi 28
hücrə xovlu xalça texnikasında işlənib. Məryamı qoruyan Mələk obrazları Bakı məktəbinə mənsub olan “Zili”lərin ənənəvi ornamental quşlar motivini imitasiya edir.

Gülarə Salayevanın postmodernist yanaşması inancların sinkretik mahiyyətini açıqlayır. Rəssam məzmunun eyniliyini və formal düşüncənin fərqliliyini bu tərzdə ifadə etməyə çalışır. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Mədəni Dəyərlərin Təbliği Fondu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Müqəddəs Məryam Katolik Kisəsidir.

Tədbirdə Azərbaycan Respublikasının dövlət qurumlarının, dini icmalarının, ictimayyətin və s. nümayəndələri iştirak etmişdir. Təqdimat-layihənin koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova əsər haqqında geniş məlumat verib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşma şöbəsinin müdiri Elnarə Kərimova, Mədəni Dəyərlərin Təbliği Fondunun icraçı
direktorunun müavini Ceyhun Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tamilla Məmmədova, professor, “Simurq” assosiasiyasının prezidenti öz çıxışlarında Azərbaycanda
formalaşan tolerantlıq mühitinə tövhə olan hədiyyənin əhəmiyyətini vurğuladılar. Alban -Udi Xristian İcmasının sədri Robert Mobili Alban kilsəsinin mirasının qorunması haqqında maraqlı qeydlər etdi.

Katolik kilsəsinin yepiskopu Vladimir Fekete Müqəddəs Məryam obrazının
incəsənətdə əks olumasının əhəmiyyətini, onun bəşəriyyətin mənəvi dəyəri olmasını vurğuladı, dəyərli hədiyyə üçün minnətdarlığını bildirdi. Tədbirin sonunda rəssam Gülarə Salayeva qonaqlara təşəkkürünü bildirdi.

DOĞRU.AZ

image-2a47be89-aa82-4d0e-9bbf-e6cfc3f9d04d image-20aae407-b060-4c0a-949e-b99a9f863e25 image-90a372bf-711f-45d0-9084-045830cbc788 image-91f4ec92-6c45-4f63-a993-6e426096c21d image-3020c887-6059-453e-b63a-eb103d1923bf image-538818c9-a97a-4897-9c4f-8ebe57538d8d image-573013a2-ebe1-4e87-94c7-41c31e7390a1 image-45891456-d778-45ba-b769-1451b71098be image-cec92802-5d86-4411-a2e3-e28f65e1f468 image-e2561616-7a60-4891-987a-5e5558ac5cd6 image-f98c3fbe-66ae-4661-9271-3c24b8897696

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki