Yevlax şəhərinin Ceyhun Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
41 yaşlı Həsən Mirzəyev idarə etdiyi minik avtomobilini Şəhidlər Xiyabanının hasarına çırpıb.
Nəticədə avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Qəza zamanı Şəhədilər Xiyabanın giriş hisəsində hasarın bir hissəsi uçub, darvaza yerindən qopub.
Hadisə nəticəsidə sürücü Həsən Mirzəyev və 44 yaşlı sərnişin Rüfət Həmidov dünyasını dəyişib. Xəsarət alan daha iki sərnişin Yevlax rayon Xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri araşadırlır.
20:32
Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər həlak olub.
Hadisə nətisində minik avtomobili Şəhidlər xiyabanının giriş qapısına çırpılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtomobildə iki nəfər olub. Hər iki şəxs ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq hər iki şəxs dünyasını dəyişib.
Ölənlərdən birinin Həsən Mirzəyev adlı şəxs olduğu deyilir.