Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv olunub, bəzi şöbələr isə birləşdirilərək sektorlarla əvəz edilib.
“Yeni Sabah” xəbər verir ki, bu dəyişikliklər qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.
Dəyişikliyə əsasən, icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub və bu postlarda çalışan şəxslər ixtisara düşüb.
Yeni ştat vahidləri belə müəyyən olunub:
Şəhər və ya sahə inzibati ərazi dairəsi: 5 işçi – icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə.
Qəsəbə və kənd (əhali ≤10 min): 3 işçi – icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, xadimə.
Qəsəbə və kənd (əhali >10 min): 4 işçi – icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə.
Beləliklə, qəsəbə və kənd icra nümayəndəliklərinin formalaşdırılmasında əhali sayı əsas götürülüb.
DOĞRU.AZ




























