image-2000x150px
image-123
image-ads_atlas
image-1644563553_1644562147_423046832_0_264_3072_2002_2072x0_60_0_0_7e3648c1dbdbd2ec9621159001e464d1backend

Bakıda bu ərazilərdə sənədsiz evlər söküləcək – Sakinlər əvəzində müasir komplekslərə köçürüləcək

image-728x90px

Azərbaycanda vətəndaşları narahat edən məsələlərdən biri də fərdi yaşayış evlərinin sənədsiz olmasıdır.

Doğru.Az baku.ws-ə istinadən xəbər verir ki, bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, Abşeron rayonu və digər yerlərdə müşahidə olunur.

Vətəndaşlar evlərini tiksələr də, qaz, işıq və su pullarını ödəsələr də mənzilləri qanunsuz tikili sayılır. Bu evlərin niyə sənədi yoxdur, nə üçün onlar qanunsuz tikili sayılır?

Məsələ bundan ibarətdir ki, vətəndaşların qanunauyğun tikilisi olması üçün tikintinin aparılacağı qanuni torpaq sahəsi olmalıdır. Bu torpaq sahəsi vətəndaşa satılmış olmalı, bağışlanmalı və ya hər hansı dövlət orqanı tərəfindən ayrılmış olmalıdır.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini Elşad Məmmədov bildirib ki, dünyada yeknəsəq sənədləşdirmə metodologiyası əvəzinə, mərhələli və özündə ictimai, sosial transformasiyanı nəzərdə tutulan metodlar tətbiq olunur:

“Artıq bizdə də bu iş gedir. 2015-ci ildə Prezidentin 439 saylı fərmanı çıxmışdı. Bu, ictimaiyyətimizə sənədsiz evlərin sənədləşdirilməsi kimi əks olunmadı. Amma həmin tarixə qədər sənəd hesab edilməyən Sovet İttifaqı dövründə müxtəlif orqanlar tərəfindən verilmiş və əslində mülkiyyət hüququnu təsdiq etməyən sənədlərə mülkiyyət hüququ tanındı. Bununla 110 mindən çox vətəndaş çıxarışlarla təmin olundu.

Eləcə də 529 saylı fərmanla çox sayda mənzil sahibləri sənədləşdirmədən kənarda qaldığı halda artıq sənədləşdirildi. Həmçinin Şəhərsalma Komitəsi və İcra Hakimiyyətlərində pilot layihələrlə özbaşına tikililərin ləğv edilməsi və vətəndaşların daha müasir komplekslərə köçürülməsi prosesi gedir. Hesab edirəm ki, sənədsiz evlərlə bağlı bu fəaliyyət mərhələli şəkildə davam edəcək.

İnfrastruktura, Xəzərin mühafizəsinə mane olmayan hissələr getdikcə sənədlərin əhatə dairəsinə daxil ediləcək. Yaşayış üçün təhlükəli olan, eləcə də meşələrimizin, kənd təsərrüfatı təyinatlı torpaqlarımızın zərər görməsi ilə nəticələnən massivlər isə transformasiya olunaraq əvvəlki vəziyyətinə qaytarılacaq. Yəni daha düzgün, şəhərsalma qaydalarına uyğun komplekslərlə əvəzlənəcək”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki