image-2000x150px
image-123
image-ads_atlas
image-1683293304_900backend

Ermənistanın 90-cı illər eyforiyası – TƏHLİL

image-728x90px

Könül İsmayılova: “Ya Azərbaycanın şərtlərini qəbul edib dirçələcək, ya da dövlət olaraq yox olacaq”.

Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda 4-cü beynəlxalq konfrans keçirildi. Konfransda çıxış edən Prezident İlham Əliyev aktual məsələlərə diqqət çəkib. Şuşanın sıfırdan qurulması, Bu ilin “Heydər Əliyev İli” elan edilməsi, regionda baş verən proseslər və sair.

Əldə olunan uğurlar və Azərbaycanın qarşısında duran ümdə məsələlər necə cərəyan edir və gözləntilərimiz nədir?

Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvü Könül İsmayılova Versus.Az-a açıqlamasında bildirdi ki, artıq 44 günlük müharibədən başlayaraq Azərbaycan dövləti özü-öz müqəddaratını həll etməyə başlayıb.

Könül İsmayılova qeyd etdi ki, əgər bu gün Azərbaycan tərəf səbrlə sülh sazişinin əldə olunmasını istəyirsə, qarşı tərəf ona verilən bu fürsətdən yararlanmalı, ölkəsini, xalqının rifahını düşünərək Azərbaycanın şərtlərini qəbul etməlidir. Qısacası, ya Azərbaycanın şərtlərini qəbul edib dirçələcək, ya da dövlət olaraq yox olacaq:

“Ərazi məsələsində Azərbaycan tam arxayındır. Birincisi, işğalda olan torpaqlarını geri aldı, ikincisi digər tarixi torpaqlarına da sahib çıxacaq. Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Elə təkcə güclü ordumuzun olması hər şeyi açıq diqtə edir. Ermənistan yaxşı görür ki, 44 günlük müharibə Azərbaycanı zəif düşürmədi, əksinə, hazırkı proseslər daha da güclənməsindən xəbər verir. Artıq Azərbaycanla hesablaşan dövlətlər var. Biz bu qısa vaxtda az bir iş görmədik. Bu gün Şuşamızda milli bayramlarımızı qeyd edə, beynəlxalq səviyyəli tədbirlər keçirə bilirik. Ötən il “Şuşa ili” elan olundu, bu il “Heydər Əliyev ili”. Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində olan soydaşlarımız “Heydər Əliyev İli” ilə əlaqədar müxtəlif tədbirlər keçirir, müstəqil Azərbaycanın qurucusunun xatirəsi ehtiramla anır”.

Ölkə başçısının 4-cü beynəlxalq konfransdakı çıxışına diqqət çəkən K.İsmayılova vurğuladı ki, Prezident – “Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq” – öz dəyişməz mövqeyində qaldığını bəyan etmiş oldu:

“Prezident dedi ki, – “Azərbaycan əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçib. Ukrayna və Gürcüstan 15 il NATO-ya üzv olmağa çalışırlar. Azərbaycan isə ordusunun gücünə görə NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalayıb”. Hətda bax elə təkcə bu fikirin özü dünyaya bir mesaj deyilmi? Necə ki, dövlət olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik, eləcə də Azərbaycanın ərazi bütövlüyü dəstəklənməlidir, necə ki, bəzi dövlətlər dəstəkləyir. Tarixi, dini, mədəni, iqtisadi və sair əlaqələrimiz də bundan xəbər verir. Məgər Ermənistan kordur, bunları görmür? Yaxşı bilir ki, yalnız Azərbaycanın şərtlərini qəbul etməklə ölkəsində firavanlıq yarada bilər. Sadəcə olaraq erməni xislətindən əl çəkə bilmir, dövlətlərin əlində oyuncaq olmaqdan xoşu gəlir. Azərbaycan onun nazıyla oynamaq fikrində deyil. Və budur, cənab İlham Əliyevin də bildirdiyi kimi, – “Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olundu. Proses bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanmışdır. Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir”. Qısacası deyirik ki, ay Ermənistan sən oyuncağına çevrildiyin dövlətlərin sayəsində yerində say, Azərbaycan isə hər gün bir az daha bütün sahələrdə əlaqələrini genişləndirir. Prezidentimiz əbəs yerə demədi ki, – “Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır”. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi cənab İlham Əliyevin bu çıxışlarını diqqətlə dinləyir və reallığın fərqindədir. Ümid edirəm ki, Ermənistan nəhayətdə Azərbaycanın məqbul saydığı birbaşa danışıqlara razılıq verəcək və təklif olunan şərtlərə riayət etməklə bir dövlət olaraq varlığını qoruya biləcək”.

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə də diqqət çəkən K.İsmayılova vurğuladı ki, həqiqətən də Zəngəzur dəhlizinin böyük potensialı var.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki