İstanbul yaxınlığında, Qara dəniz akvatoriyasında 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar Moskva vaxtı ilə saat 19:44-də baş verib.
Zəlzələnin ocağı İstanbuldan təxminən 13 kilometr şimal-qərbdə, sahildən isə 16 kilometr dərinlikdə yerləşib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Atlantik və Sakit okeanları birləşdirən Dreyk keçidində 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
DOĞRU.AZ




























