image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_7e08b8c06863c009467d0cc690eddd6e_u7mbtn0x1cp3q4896o2g-620x460backend

Quba Regional Perinatal Mərkəzi qazanc yerinə çevrilib – VİDEO

image-728x90px

Quba regional “perinatal” mərkəzi bu doğma və müqədəs məkan şimal bölgəsində yəqin ki, hamıya məlumdu.

Regionun bütün rayonlarında xüsusi riskli hamiləlik qrupuna daxil olan bütün hamilə qadınlar bu mərkəzin sayəsində analıq şərəfinə nail olurlar.

Bu mərkəzdə Lalə Mirzəyeva, Nazilə Mikayılova, Həqiqət Cəfərova, Səadət Süleymanova, Tamara Fətəliyeva, Leyla Fərəməzova, Rəhimə Məmmədova, Sevil Feyzulayeva və Pikə Bağırova kimi təcrübəli və bacarıqlı həkimlər çalışır.

Yeni Gündəm”-in məlumatına görə, həkimlərə xaricdə təhsil alan Şəhla Həsənova kimi bir həkim rəhbərlik edir. Amma bu dəfə bu həkim kollektivinin peşəkarlıq və fədakarlığından yox, bu fədəkarlığa kölgə salan maliyyə əndazəsindən danışacağıq.
Analar qədər atalara da doğum sancısını çəkdirən bu əndazə öhdəliyi bir vergi tələbi olaraq qəbullanıb və uzun illərdir ki, bu özbaşınalıq qəlbləşdirilmiş bir adət olaraq davam etdirilir.
Axı bu tibb ocağı bir dövlət müəsisəsidir və dövlət hər il bu mərkəzin fəaliyyətinə gərək olan bütün ehtiyyacların qarşılanması üçün büdcədən vəsait ayırır.
Qeyd edək ki, bu səhiyyə ocağında bir doğuş üçün 300-500 manat arası pul tələb edilir. Əgər bu doğuş prosesi əməliyyatla keçirilərsə bu rəqəm iki qat artır.

Ümumiyyətlə Quba regional “perinatal” mərkəzində baş tutan bütün tibbi və digər zəruri insani xidmətlər pulludur.
Qapıdan verilən ərzaq və əşyaların daşınmasından palata seçiminə qədər olan bütün xidmətlərin dəyərləndirilmiş bir qarşılığı mövcudu və hamının bu qarşılığı qarşılamaq adlı bir məcburiyyəti var.
Ciblərinə yaxşı pul qoyasan ki, qollarına yaxşı sağlam körpə alasan.
Çox uzağa getməmiş qayıdaq ərzaq məsələsinə. Elə çəkiliş apardığımız zaman xəstə sahiblərinin mərkəzə çanta çanta yemək daşıdığını müşahidə etdik.

Bəs bu xəstəxana üçün ayrılan ərzaq ehtiyyatlarını kimlər yeyir?

Bəs lazım olan dərman preparatları hara yoxa çıxır?

Niyə o dərmanlar xəstə sahiblərinin özlərinə aldırılır? Pulun çoxluğu gözün toxluğuna dəlalət eləmir deyirlər.
Elə bu səbəbdən də xəstəxanada şirinliyində minumum dəyəri var. Həkimindən kiçik tibb işçisinə qədər hərkəsin bu mərkəzdə əli yetişə biləcək qədər bir bəhanəsi mövcudur.
Qeyd edək ki, Quba regional “perinatal” mərkəzi hər ay təxminən 200-250 doğuş qəbul edir.

Saytımıza məlumat verən xəstə sahibləri qeyd edir ki, bu xəstəxananın hər günü hər saatı puldur. Körpənin bezini dəyişən sanitarında bir pul tələbi var.
Lazım olan bütün dərmanlarında bizim özümüzə aldırırlar.
Beləliklə dövlətin bu tibb ocağı üçün ayırdığı vəsaitlər aidiyyatı üzrə xərclənmədiyi üçün deməli kimlərinsə şəxsi kapitalına çevrilməkdədi.
Reportajın əvəlində həkim kontigentinin ad soyadını elə belə çəkmədik.

Onlar bir həkim olaraq peşələrinin ən yaxşılarındandır əlbəttə.
Sadaladığımız bu maliyyə əndazalərinin tətbiqi də o həkimlərin şəxsi təşəbbüsləri ilə həyata keçirilən bir əməl deyil.
Hər ay 200 – 250 baş tutan səhiyyə ocağındakı bu maliyyə əməliyyatları əlbəttə ki, yuxarı distansiyalardan idarə edilir.
Bəs görəsən bu özbaşınalığa göz yumanlar daha çox ədalətlidi yoxsa şərait yaradanlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki