Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 22-də Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.
Doğru.az xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin tədbir iştirakçıları ilə ikitərəfli formatda fərdi danışacaq. O, jurnalistlərin Əliyev və Paşinyanla ayrı-ayrı görüşlərin olub-olmayacağı ilə bağlı sualını belə cavablandırıb: “Onlar olacaq, çünki təbii ki, bu iki gün ərzində Putin hər kəslə fərdi olaraq danışacaq; bu, məcburi olacaq.”
Qeyd edək ki, MDB üzv dövlətlərinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də Sankt-Peterburqda baş tutacaq.
DOĞRU.AZ




























