image-2000x150px
image-123
image-ads_atlas
image-1-7backend

Özbəkistanda Nizami Gəncəviyə dair monoqrafiyanın təqdimatı və tanınmış azərbaycanlı mədəniyyət xadiminin xatirə lövhəsinin açılışı olub – FOTOLAR

image-728x90px

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Azərbaycan Mədəniyyət günləri çərçivəsində “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Mərasimdə Azərbaycandan gələn geniş nümayəndə heyəti ilə yanaşı, Özbəkistanın elm, mədəniyyət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

İlk öncə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında dahi şairin büstü önünə gül və çiçəklər qoyulub.

Universitetin rektoru, professor Abduqaffor Kırqızbayev açaraq Azərbaycan və Özbəkistan arasında tarixi dostluq, Universitetin tarixi haqqında məlumat verib, 1947-ci ildən bu böyük ali təhsil ocağının dahi Nizami Gəncəvinin adını daşıdığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Müşfiq Cəfərov çıxışlarında Türk dünyasının bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş etdiyini və belə görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Əlişir Nəvainin adlarının fəxrlə çəkildiyini qeyd ediblər. Natiqlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu qeyd edərək onların irsinin öyrənilməsi, tədqiq edilməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacib olduğunu vurğulayaraq, Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosenti Gülbahar Aşurova tərəfindən hazırlanan monoqrafiyanın əhəmiyyətindən danışıblar.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində multikulturalizm ideyalarının ön plana çəkilməsi haqqında söhbət açıb. Nazirlik rəsmisi elmi əsərin əhəmiyyəti, onun hər iki mütəfəkkirin yaradıcılıqlarına geniş işıq saldığını, Nizami Gəncəvi və Əlişir Nəvai arasında ədəbi əlaqələr, habelə dahi şairlərin Türk dünyası poeziyasının zirvələri olaraq tədqiq edilməsini yüksək qiymətləndirib.

A.Marifli bildirib ki, Azərbaycanın Mədəniyyət  naziri Anar Kərimovun imzası ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru Abduqaffor Kırqızbayev “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı və vəsiqə rektora təqdim edilib.

Professorlar Nurbay Cabbarov, Niqina Şermuxammedova, Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, alim Kərimulla Məmmədzadə ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından, təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.

Azərbaycan mədəniyyət günlərinin davamı olaraq Daşkənddə Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansablının rəhbəri olmuş, tanınmış rəqqasə, ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kövkəb Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışı olub.

Açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.

İlk öncə xatirə lövhəsinin açılış lenti kəsilmişdır. Mərasimdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışaraq, Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistan Respublikasının  “Dostluq” ordeni və Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət işçisi” adına layiq görülmüş, “Azərbaycan qızları” rəqs ansamblının bədii rəhbəri olmuş Kövkəb Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib. Samir Abbasov Azərbaycan dövlətinin, ölkə başçısının xaricdə yaşayan soydaşlarımız, tanınmış azərbaycanlıların adlarının əbədiləşdirilməsi, yaradıcılıqlarının öyrənilməsi və tədqiqinə xüsusi diqqət yetirdiyini qeyd edərək, təşəbbüslərinin dəstəklədiyi üçün Mədəniyyət Nazirliyimizə öz təşəkkürünü bildirib. Natiq Özbəkistan dövlətinin, Prezident  Kövkəb Əliyevanın xidmətlərini daim yüksək qiymətləndirdiyini və onun dəfələrlə yüksək mükafatlara

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Erkin Nuriddinov, Özbəkistanın Xalq artisti Qalina Melnikova Əməkdar artist Kövkəb Əliyevanın Azərbaycan və Özbəkistan arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışaraq, 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini, rəqslərini geniş təbliğ etmiş, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədən Kövkəb xanımın xidmətlərini xüsusi vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndiriblər.

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli  milli mədəniyyətimizi təbliğ edən və dövlətlərimiz arasında möhkəm dostluq körpüsü yaradan bu cür mədəniyyət xadimlərimizin xidmətlərini vurğulayıb, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Mədəniyyət Mərkəzin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.

Kövkəb Əliyevanın qardaşı Pərviz Əliyev sonda çıxış edərək ailələri adından Azərbaycan dövlətinə, şəxsən prezident İlham Əliyevə bacısının xidmətlərini qiymətləndirilməsi, tanınmış soydaşlarımızın irsinin əbədiləşdirilməsinə  göstərilən bu diqqət üçün razılıq və dərin təşəkkürlərini bildirib.

Sonda Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova xatirə lövhəsinin qarşısında milli musiqimizdən parçalar ifa edib.

Qeyd edək ki, xatirə lövhəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistan Respublikasının Xalq rəssamı Marina Borodinova tərəfindən hazırlanıb.

DOĞRU.AZ 

image-2-6 image-4-5 image-3-6

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki