image-2000x150px
image-123
image-ads_atlas
image-alesha-pic_32ratio_900x600-900x600-82415backend

Latviyada sökülən abidənin yerinə gül qoyan şəxs həbs edilib

image-728x90px

Latviyada sökülən Alyoşa abidəsinin yerinə gül dəstəsi qoyan şəxs həbs edilib.

Bu barədə Baltnews məlumat yayıb.

Nəşrin məlumatına görə, Rezekne şəhər polisi martın 15-dən aprelin 14-dək abidənin dayandığı yerə üç dəfə qırmızı və ağ qərənfillər qoyan şəxsi saxlayıb.

Həmin şəxsə qarşı “müharibə cinayətlərinə bəraət qazandırmaq” maddəsi ilə cinayət işi açılıb. Onu 5 ilə qədər həbs cəzası gözləyə bilər.

“Alyoşa” 2022-ci il noyabrın 9-da sökülüb. Bundan sonra şəhərin meri Aleksandr Bartaşeviç videomüraciət yazıb və orada Latviya hakimiyyətinin sovet əsgərlərinin abidələrinin sökülməsi qərarını tənqid edib. Nəticədə Latviya Dövlət Təhlükəsizlik Xidməti Rezekne merini xalçaya çağırsa da, Bartaşeviçin xəstəxanada olduğu üzə çıxıb.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki