image-2000x150px
image-123
image-ads_atlas
image-1660788591_namazbackend

Namaz – bütün məxluqatın ibadətlərinə işarə edən müqəddəs xəritədir…”

image-728x90px
Nə üçün namaz?.
Ad – 00:05
“Namazda həcc vardır, çünki namazda hər kəs məkkəyə, Allahın evi olan Kəbəyə tərəf yönəlir…”
Yazının əvvəlində deyilənləri ümumiləşdirərkən bir daha təkrar etmək istəyirik:
Onun bizə yox, bizim Ona ehtiyacımız var…
Madam ki, bizim Ona ehtiyacımız var, o zaman namaz kimi çox mühüm ibadətdə bir sıra, bəlkə, xeyli sayda hikmətlərdən bir neçəsinə nəzər salaq.
Namaz dinin, yəni, əxlaqın dirəyidir!..
Namaz bütün İlahi dinlərə xas müştərək hökmlərdən biridir. Peyğəmbərlər peyğəmbərlik kimi ağır missiyanı yerinə yetirərkən həmişə namazdan mənəvi güc almışdır. Qurani-Kərim namazın əhəmiyyəti haqqında bəzi peyğəmbərlərin sözlərini əxz edir. Məsələn, Quranda Həzrət İbrahimin belə dua etdiyini oxuyuruq: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!”[4]
Həzrət Loğmanın oğluna verdiyi nəsihətdə də onun belə dediyi qeyd edilir: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”[5]
Bunlardan başqa da Quranda peyğəmbərlərlə əlaqədar olaraq namazın əhəmiyyətindən bəhs edən çox sayda ayə vardır. Qurani-Kərimdə Allah-Təala:
“Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” –  deyə əhd-peyman aldıq.”[6] – demişdir.
Həzrəti Musaya xitabən: “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”[7] – demişdir.
Həzrəti İsa ilə  əlaqədar olaraq da: “…(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”[8] –   buyurmuşdur.
İslamiyyətdə namaz ibadətinə islamın başlanğıcından etibarən rast gəlinir. Hədis və siyər qaynaqları Rəsulullahın (s.a.s.) müşriklərin təzyiq və təhqirlərinə baxmayaraq, həmişə Məscidi-haramda[9] Hacəri-əsvəd[10] ilə Rükni-yəmani[11] arasında namaz qıldığını, həm peyğəmbərimizin, həm də möminlərin vadilərdə, evdə, tövlələrin və xırman yerlərinin təmiz hissələrində namaz qılmasını, Darul-ərkamı[12] məscidə çevirdiyini qeyd edir. Məkkə dövründə nazil olan bir çox ayələrdə də namazın əhəmiyyətindən bəhs olunur və namaz qılanlara mane olmaq istəyənlərə sərt xəbərdarlıq edilir.[13]
Namaz bütün ibadətləri özündə ehtiva edən nurlu mündəricatdır. Bütün məxluqatın ibadətlərinə işarə edən müqəddəs xəritədir.
Məsələn, namazda oruc ibadətinin xüsusiyyəti vardır. Çünki namaz qılarkən, sanki, oruc tutursan; heç nə yemirsən, içmirsən.
Namazda zəkat var. çünki namaz ömrün zəkatıdır. İnsan Allahın verdiyi 24 saatın bir saatını şükür əlaməti olaraq ibadət etməklə  allaha həsr edir, bir növ geri qaytarır.
Namazda həcc vardır, çünki namazda hər kəs məkkəyə, Allahın evi olan Kəbəyə tərəf yönəlir. Namazda Allahın birliyini, Həzrət Muhammədin onun qulu və rəsulu olmasını təsdiq etmək var: “təhiyyat”da “şəhadət kəlməsi” oxunur.
Həm də bəzi mələklər yalnız ayaq üstə ibadət edirlər, bəzi mələklər daima rüku, bəziləri isə səcdə halındadır. Bəziləri yalnız “lə ilahə illallah!”, bəziləri “Allahu əkbər,” bəziləri də “subhanallah” deyə Allahı zikr edirlər. Yəni mələklər xüşu və hüzur içində ruhani zövq və ləzzət alaraq ibadət və zikrlərin bir hissəsini yerinə yetirirlər. Ancaq namazda bunların hamısı – rüku da var, səcdədə, “Allahu əkbər” də … Və insan namaz qılarkən bunların hamısını icra edir.
İslamı təbliğin ilk günündən namaz fərz buyurulsa da, onun gündə beş dəfə müəyyən edilməsi merac gecəsi ilə bağlıdır. Hədisi-şərifdə “namaz möminin meracıdır” buyurulur.[14] Qurani-Kərimdə və Allah Rəsulunun (s.a.s.) hədislərində İslamın beş şərtindən biri olan namazla bağlı bəyanlar onun böyük əhəmiyyətə malik olduğunu göstərir…
(Davamı var)
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki