image-2000x150px
image-123
image-ads_atlas
image-4e10fd343ab2c981e36ebcc7047c883cbackend

Avropa Bankından xəbərdarlıq: 2023-də Azərbaycanda iqtisadi artım düşə bilər – nə edək…

image-728x90px

 “Rusiya-Ukrayna müharibəsi region ölkələri üçün ciddi iqtisadi fəsadlar yaradacaq”

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən gün özünün son Regional İqtisadi Perspektivlər (REP) hesabatında 2023-cü ildə zəif iqtisadi artım barədə xəbərdarlıq edib. Bankın proqnozlarına görə, Ukraynaya qarşı müharibənin şiddətlənəcəyi təqdirdə bu, daha da aşağı risklərə məruz qala bilər. Hesabatda bildirilir ki, Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatları son illərdə ən yüksək artım templərinə malikdirlər:

“Azərbaycan yüksək enerji qiymətləri ilə artan yüksək səviyyəli neft və qaz gəlirlərindən, eyni zamanda qeyri-enerji sektorunun güclü göstəricilərindən istifadə edir. İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz? komissiyasız kredit. Həmçinin qeyd edilib ki, Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır. Gürcüstan üçün isə risklər xarici şokların əhəmiyyətli ehtimalı ilə şərtlənir. Ermənistanın timsalında bunlar ölkənin getdikcə təcrid olunmuş Rusiya iqtisadiyyatı ilə sıx əlaqələri ilə daha da güclənir.

Azərbaycan iqtisadiyyatının bu il 4,5 faiz, gələn il isə 2,5 faiz artacağı proqnozlaşdırılır. 2022-ci ildə Gürcüstan iqtisadiyyatının 8 faiz artımı, gələn il isə 5 faizə enməsi proqnozlaşdırılır. Eynilə, Ermənistan iqtisadiyyatında bu il gözlənilən 8 faizlik artımın 2023-cü ildə 4 faizə enəcəyi ehtimal edilir.

O da qeyd edilib ki, 2022-ci ilin birinci yarısında Qafqazda inflyasiya enerji və ərzaq məhsullarının qiymət artımının yeni dalğası səbəbindən sürətlənib. İndi inflyasiya orta hesabla 10 faiz təşkil edir ki, bu da hələ də yüksəkdir.

Azərbaycanda qeyri-enerji sektorunun güclü göstəriciləri 2022-ci ilin ilk yeddi ayı ərzində 6,2 faiz iqtisadi artıma səbəb olub. Karbohidrogenlərin qiymətlərinin artması ixrac gəlirlərini demək olar ki, iki dəfə artırıb, cari hesabda və büdcədə böyük profisitlərə gətirib çıxarıb. Yüksək enerji qiymətlərinin yaxın perspektivdə ölkənin iqtisadi artımını dəstəkləyəcəyi gözlənilir. 2022-ci il üçün ÜDM-in 4,5 faiz, 2023-cü ildə isə 2,5 faiz artacağı ilə bağlı may proqnozu dəyişməz olaraq qalır.

Gürcüstanda 10,3 faizlik güclü artım, demək olar ki, pandemiyadan əvvəlki səviyyələrə çatmış turizmdə artım və pul köçürmələrindəki artımla dəstəklənir.

Bütövlükdə, AYİB 2022-ci ildə region üzrə iqtisadiyyatın 2,3 faiz artacağını proqnozlaşdırır. Bu, onun may proqnozuna nisbətən 1,2 faiz bəndi yuxarıdır.

AYİB-in zəif iqtisadi artımla bağlı proqnozları reallığı nə dərəcədə əks etdirir?

2023-cü ildə Azərbaycan iqtisadiyyatı üçün gözləntilər nədən ibarətdir? Regionda yaranmış gərgin vəziyyətdə ölkə iqtisadiyyatını stabil saxlamaq üçün nə kimi qabaqlayıcı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bunları şərh etdi: “Dünyanın aparıcı maliyyə qurumları, o cümlədən iqtisadi beyin mərkəzlərinin ayrı-ayrı ölkələr üzrə verdiyi proqnozlar artıq bir il ərzində bir neçə dəfə dəyişib. Bunun da səbəbi yenə də Rusiya-Ukrayna arasında olan müharibə və bu müharibənin genişlənmə ehtimalları ilə bağlı yaranmış situasiyadan qaynaqlanır. Bu səbəbdən proqnozlar dəyişilir. O cümlədən Azərbaycanla bağlı proqnozlar fərqli formada dəyişməyə başlamışdı. Azərbaycanın Maliyyə Nazirliyinin, o cümlədən Mərkəzi Bankın proqnozları ilə istər Avropa, Asiya banklarının, yaxud digər maliyyə qurumlarının proqnozları tam üst-üstə düşməsə də, müəyyən qədər uyğunluq var. Bu da gedən tendensiya ilə əlaqədardır. Amma nəticədə biz onu görürük ki, yerli qurumların adətən verdiyi proqnozlar daha yuxarı səviyyədə olur. Məsələn, Maliyyə Nazirliyinin yem artımı ilə proqnozunda yenə də 2.7 faizlik artım proqnozlaşdırılır. Bunun da qeyri-neft sektorunda ümum daxili məhsul (ÜDM) 4.5 faiz artacaq, neft üzrə ÜDM isə 0.2 faizlik bir artım proqnozlaşdırılır. Bunu da ümumiləşdirəndə 2.7 faizlik artım deməkdir”.

Eldəniz Əmirov: "Vergi daxilolmalarının artması iqtisadi islahatlarla bağlıdır"

Eldəniz Əmirov: “İdxaldan asılılığı azaltmaq, antiinhisar siyasətini sərtləşdirmək lazımdır”

Ekspert inflyasiya ilə bağlı gözləntilərdən də danışıb: “Mərkəzi Bankın inflyasiya ilə bağlı  proqnozlarını daha nikbin hesab edirəm. Çünki növbəti il təkrəqəmli bir inflyasiya səviyyəsi proqnozlaşdırılır. Buna da nail olmaqdan ötrü kifayət qədər monetar siyasət həyata keçirilir. Belə ki, artıq uçot dərəcəsi 7.5 faizdir. Faiz dəhlizinin aşağı həddi 4, yuxarı həddi 9.25 faiz olaraq saxlanılıb. Bununla bağlı növbəti iclas olacaq. Amma növbəti iclas bir müddət sonra olacaq. Oktyabr ayının 28-də məhz pul siyasəti ilə bağlı növbəti açıqlama gözlənilir. Gedişatın qiymətləndirilməsindən sonra qərar veriləcək”.

E.Əmirov əlavə edib ki, hökumət inflyasiyanı cilovlamaqdan ötrü mümkün qədər dövriyyəyə əlavə pulun daxil olmamasına çalışır: “Eyni zamanda uçot dərəcəsini kifayət qədər sərt idarə etməklə buna nail olmağa çalışır. Amma bütün hallarda növbəti ildə də Mərkəzi Bankın qeyd etdiyi qədər inflyasiyanın olacağını gözləmirəm. Fikrimcə, bir neçə faiz bəndi yuxarı olma ehtimalı daha çoxdur. Çünki hazırda Rusiya ilə Ukrayna arasında olan müharibənin hələ uzun müddət davam edəcəyi görünür. Dünya üçün, ələlxüsus da region ölkələri üçün ciddi iqtisadi fəsadlar yaradacaq.

Növbəti ildə büdcənin icrası ilə bağlı da hər hansı problemin olacağını gözləmirəm. Xarici ticarət dövriyyəsində də müsbət saldo qalmaqda olacaq. 20 faiz üzərində profisiti görə biləcəyik. Cari əməliyyatlar hesabında da ÜDM-in müsbət profisiti qalmaqda olacaq. Əlavə olaraq da demək istəyirəm ki, dövlət büdcəsində neftin qiymətinin 50 dollardan hesablanması o ilin özündə belə növbəti dəfə baxılaraq neftin qiymətinin yuxarı hesablanmasına ehtiyac yaranacaq. Çünki neftin 100 dollar üzərində daha uzunmüddətli ticarət olunacağını düşünməsəm də, amma 50 dollardan aşağı düşəcəyini gözləmirəm. Çünki Rusiya-Ukrayna müharibəsi bir müddət davam edəcək. Bu da təbii olaraq neftin qiymətinə təsirini göstərəcək. Neftin qiymətinin yüksək olması ölkəmizə valyuta axınına imkan yaratsa da, amma ölkəmizə idxal etdiyimiz məhsulların qiymətini kəskin şəkildə artırmış olur”.

İqtisadçı qeyd edir ki, hökumət tərəfindən bir sıra qabaqlayıcı tədbirlər görülür: “Hökumət tərəfindən artıq ötən ilin dekabrından başlayaraq müxtəlif tədbirlər həyata keçirilib. Mən hesab edirəm ki, bunların arasında önəm veriləsi ən böyük tədbir kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Bilavasitə o sahibkarlara xüsusi dəstək vermək lazımdır. İkinci bir addım anti-inhisar siyasətini sərtləşdirmək lazımdır. Çünki Azərbaycanda qiymətlərin artmasına təsir göstərən, inflyasiyanın yuxarı olmasına təsir göstərən iki faktordan ən böyüyü idxaldan asılılığımız, digəri isə yerli istehsal sahələrində, hətta xaricdən tədarükdə inhisarçı mövqeyin nümayiş olunmasıdır ki, bu da qiymətlərin real qiymətdən daha yüksək olması ilə nəticələnir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki