image-2000x150px
image-123
image-ads_atlas
image-02d39bc3aa8e426e3c0bb15b2ec94e66backend

Dünyada və ölkəmizdə meşə yanğınları – səbəb fərqli olsa da, nəticə eynidir… 

image-728x90px

Son zamanlar ölkəmizdə və dünyada meşə yanğınlarının geniş vüsət alması düşündürücüdür. Ötən il bu zamanlar Azərbaycanın bölgələrində də yanğınlar bu cür intensiv xarakter almışdı. Eyni zamanda qardaş Türkiyənin turistik bölgələrində də qara duman hərtərəfi əsir etmişdi, Azərbaycan xilasediciləri onların yardımına çatmışdı.

Nə baş verir? Burada təxribat izi daha çoxdur, yoxsa təbii səbəblər? Hər yay eyni aqibəti yaşamamaq üçün nələr edilməlidir?

Aparılmış araşdırmalar və müşahidələr onu deməyə əsas verir ki, ölkəmizdə meşə yanğınları əsasən antropogen amillərin təsirindən baş verir. Bunu “Trend”ə Dövlət Yanğın Nəzarəti Xidmətinin, dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev deyib.

Onun sözlərinə görə, meşə və meşəətrafı yaşayış məntəqələrində, əkin sahələrində, istirahət və digər məqsədlər üçün meşələrə üz tutan vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, odla ehtiyatsızlığı, qadağan edilmiş qanunsuz odun kömürü istehsalı məqsədilə ocaqxanaların təşkili və çox təəssüf ki, qəsdən törədilmiş yanğınlar meşələrdə yanğınların baş verməsi ilə nəticələnir.

“Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən xidmətin rəhbərliyinin müvafiq əmri əsasında meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş yoxlamalar və araşdırmalar nəticəsində meşə və meşəətrafı ərazilərdə qanunsuz odun kömürü istehsalı məqsədilə təşkil edilmiş ocaqxanalar aşkar edilib”, – C.Xudiyev deyib.

Şöbə rəisi bildirib ki, 2021-ci ildə 23 ədəd, 2022-ci ildə isə 9 ədəd qanunsuz ocaqxana fəaliyyəti aşkar edilib. “Eyni zamanda 2022-ci ilin ötən dövrü ərzində aparılmış məqsədyönlü araşdırmalar zamanı 6 ünvanda ərazilərin qəsdən yandırılması faktları aşkar edilib, həmin şəxslər barəsində müvafiq tədbirlər görülərək toplanmış materiallar aidiyyəti üzrə məsələyə hüquqi-qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib”, – deyə o qeyd edib.

İradə İbrahimova: Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər - AZƏRTAC

İradə İbrahimova

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə mediaya açıqlamasında bildirib ki, son günlər baş verən yanğının səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılsa da, yanğın hadisəsinin başvermə səbəbləri havanın isti və quraq keçməsi, təbiət qoynunda istirahət edən turistlərin ehtiyatsız davranmasıdır: “Biz əhaliyə xəbərdarlıq etmişdik ki, qızmar yay günlərində meşələrdə yanğın təhlükəsi artır. Ona görə meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Bəzən söndürülməmiş siqaret kötüklərini ətrafa atır, yanğına rəvac verirlər. Meşədə dincələn insanlar odla ehtiyatlı davranmalıdırlar”.

İ.İbrahimova deyir ki, meşə yanğınları meşə ətrafındakı kəndlərin sakinləri və onların təsərrüfatları üçün də təhlükə yaradır: “Ona görə də taxıl sahələri biçildikdən sonra yandırılması ilə mübarizədə kənd sakinləri fəal olmaldırlar. Biçilən sahələrin yandırılması yanğınların baş verməsinə səbəb olur”.

Qlobal istiləşmə isə 2022-ci ildə ötən illə müqayisədə daha çox meşə və yaşıllıq sahələrinin məhv olmasına yol açıb. “Situasiya biz təsəvvür etdiyimizdən də ağırdır”, – deyə Avropanın meşə təhlükəsizliyi sisteminin koordinatoru Jesus San Migel söyləyib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Balaş Uyvari 2022-ci ilin əvvəllərindən bu günə qədər Avropa İttifaqının 27 ölkəsinin ərazisində 700 min hektardan artıq ərazinin yanaraq külə çevrildiyini söyləyib.

Türkiye'de son 10 yıldaki orman kaybının yüzde 61,5'i geçen yılki yangınlarda yaşandı - Son Dakika Türkiye Haberleri | NTV Haber

İndi isə ayrı-ayrı ölkələrdə bu il qeydə alınmış yanğınlar barədə. Bolqarıstanda avqustun 9-da isti və quraqlığın doğurduğu meşə yanğınlarına görə Pazarcık rayonu ərazisində fövqəladə vəziyyət elan olunub. Yanğın 200 hektar sahəni əhatə edib, 2 kəndə təhlükə törədib. Güclü külək səbəbi ilə Bolqarıstanın cənubundakı Harmanli, Lyubimets və Svilenqrad rayonlarında yanğın ciddi fəsadlara yol açıb.

Öz yaşıllıqları ilə zəngin olan ABŞ-ın Kaliforniya ştatı da bu il meşə yanğınları ilə üzləşib. İyulun sonlarında Kaliforniyanın Oreqon ştatı ilə sərhədində başlayan yanğın 20 640 hektardan çox ərazini məhv edib. “Makkinni” adı verilən yanğın ştatın Siskiyu dairəsində 2 mindən çox insanın təxliyə olunmasına, çoxlu sayda ev və infrastruktur obyektlərinin məhvinə səbəb olub.

Bu il ABŞ-da 600 min hektardan çox meşə sahəsinin məhv edildiyi bildirilir. Ən çox yanğın halı Alyaska ştatında qeydə alınıb.

Yanğınlar baxımından Rusiyanı “zəngin ölkə” adlandırmaq olar. Dünyada meşə yanğınları ilə bağlı ən həyəcanlı situasiya məhz Rusiyadadır. Rəsmi məlumatlara görə, ilin əvvəllərindən bu ölkədə 3,23 milyon hektardan çox meşə sahəsi yanaraq kül olub. Ən çox yanğınlar Xabarovsk diyarında qeydə alınıb. Hazırda bölgədə 700 min hektardan çox meşənin yandığı, bölgədə federal səviyyəli fövqəladə rejimin elan olunduğu bildirilir. Bundan başqa, Krasnoyarsk vilayəti, Yakutiya Respublikası və Xantı-Mansiysk Federal Dairəsində də vəziyyət təhlükəli olaraq qalır.

Dünya yanıyor! Korkutan orman yangını raporu açıklandı - Son Dakika Haberler

Braziliyada da meşə yanğınları ilə bağlı vəziyyət gərgin olaraq qalır. 2022-ci ildə dünyanın “ağ ciyəri” hesab olunan Amazon meşələrində yanğınların sayı və əhatəsi 15 illik maksimuma çatıb. Təkcə iyulda 5300 yanğın ocağı aşkar olunub ki, bu da ötən illə müqayisədə 8% çox deməkdir.

Avqust və sentyabrda yanğınların pik həddə çatması gözlənilir. İstilik və quraqlıqla yanaşı, meşə yanğınlarının çoxalmasına yerli fermerlərin meşələri qırması və yandırması amili də ciddi təsir göstərir.

Meşə yanğınlarından ən çox əziyyət çəkən ölkələrdən olan Türkiyə bu il də eyni problemlə üz-üzə qalıb. İsti hava, quraqlıq və insan amili qardaş ölkədə bir neçə ciddi meşə yanğınına səbəb olub. Əsasən Egey və Aralıq dənizi sahillərində, turistik bölgələrdə qeydə alınan yanğınlar ən çox Marmaris, Aydın, Muğla, Manisa, İzmir və Balıkesir bölgələrində qeydə alınıb. Həmin yanğınlar hazırda nəzarət altında alınıb, əksəriyyəti isə söndürülüb.

Xatırladaq ki, təkcə 2021-ci ildə Türkiyədə 139,5 min hektar meşə sahəsi yanaraq kül olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki