image-2000x150px
image-123
image-ads_atlas
image-resizer-1backend

Könül İsmayılova: “Gələcəyimiz böyük bir faciəyə gedir” – Müsahibə

image-728x90px

“Ölkədə narkomaniyaya qarşı güclü tədbirlər həyata keçirilir. İndiki vaxtda yeniyetmə qızların hamilə olması narkomaniyadan da önəmli məsələdir. Buna görə də bu məsələyə görə də güclü tədbirlər həyata keçirilməlidir”.

Son zamanlar Azərbaycanda yeniyetmə qızların hamilə olması ilə bağlı xəbərlər çoxalıb. Keçən ay 15 yaşlı qızın 62 yaşlı qonşusu tərəfindən zorlanması və 7 aylıq hamilə olması ilə bağlı məlumatlar yayıldı. Bu ən çox müzakirə olunan mövzu oldu.

Ümumiyyətlə yeniyetmə qızların hamilə olması barədə olan statistika da heç ürəkaçan deyil. Bu statistika olan rəqəmlər pisə doğru çoxalmağa başlayıb.

Cəmiyyətdə çoxalan belə neqativ halların çoxalmasını səbəblərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini, psixoloq Könül İsmayılova ilə müzakirə edib.

Könül İsmayılova: “Bu işlərə cavabdeh olan qurumların işləri qənaətedici deyil. Bakıda oturub, burada seminar keçirib, şəkil çəkib paylaşmaqdansa, bölgələrə gedib problemlərlə yerində tanış olmaq lazımdır”.

PİA.az psixoloq Könül İsmayılova ilə olan müsahibəni oxucularımızın diqqətinə çatdırır:

– Könül xanım, yeniyetmə qızların hamilə qalmasına görə günahkarlar kimdir? Valideynlər, gənclər, yoxsa cəmiyyət?

– Bəli, yeniyetmə qızların hamilə olması xəbərləri artıq tez-tez yayılır. Buna görə də bölgələrdə bir çox valideynlər qız övladlarını məktəbə qoymurlar. Amma həmin valideynlər bilməlidirlər ki, qız övladlarını məktəbə qoymamaq problemin həlli yolu deyil, yaxud da problemdən qaçış deyil.

Bəzi valideynlər azyaşlı qızları oğlanlarına alırlar. Hələ bir bununla fəxr edirlər və qürurla da danışırlar. Belə valideynlərlə də işlər aparılmalıdır.

Getdikcə belə neqativ hallar azalmaq əvəzinə daha da çoxalır. Bu da çox acınacaqlıdır. Düşünəndə görürük ki, gələcəyimiz böyük bir faciəyə gedir.

– Bizim cəmiyyətdə qadağalar yoxdur. İndi bir neçə şəbəkələr yaradılıb ki, oradan qazanc əldə edirlər. Fikir verirsinizsə, çox ailələr həmin sosial şəbəkələrdə öz ailələri ilə birgə video paylaşırlar. Əsas da övladları ilə bağlı paylaşımlar edirlər. Halbuki bu paylaşımlar heç o uşağın yaşına uyğun deyil. Belə videoları görən başqa uşaqlarda da bu yaxşı bir şeydir kimi təsəvvür yaranır.

Bir qrup valideynlər isə günün çox hissəsini işdə olurlar. Bu zamanda da uşaqları ya məktəbdə, ya da evdə olur. Uşaq tək evdə olanda da sosial şəbəkələrdən istifadə edir. Buna görə də valideynlərin dedikləri bir yanda qalır. Uşaq gördüyü və bildiyi yolla gedir.

– Könül xanım, bu problemlərə cavabdeh olan qurumların apardıqları işlər qaneedicidir? Hesab edirsinizmi ki, yaranan xoşagəlməz hadisələrin səbəblərindən biri də düzgün maariflənməməkdir?

– Bu məsələlərdə cəmiyyət tam maariflənməlidir. Bölgələrdə maarifləndirmə işləri aparılmalıdır. Aidiyyatı qurumlar məktəblərdə şagirdlərlə, müəllimlərlə, valideynlərlə görüş keçirməlidir. Biz görürük ki, ölkədə narkomaniyaya qarşı güclü tədbirlər həyata keçirilir. İndiki vaxtda yeniyetmə qızların hamilə olması narkomaniyadan da önəmli məsələdir. Buna görə də bu məsələyə görə də güclü tədbirlər həyata keçirilməlidir.

Mən deyərdim ki, indiki vəziyyətin birinci səbəbkarı sosial şəbəkələrdir. Əvvəl hamı sosial şəbəkələrdən istifadə edə bilmirdi. Buna görə də bu cür hallara az rast gəlinirdi və demək olar ki, heç rast gəlinmirdi. İndi valideynlərin çoxu yaşından asılı olmayaraq övladlarına telefon alır. Onlar da o telefonla bütün sosial şəbəkələrə daxil olurlar. Sosial şəbəkələr də yaşla bağlı heç bir qadağa yoxdur.

Könül İsmayılova: “Bu neqativ hallar qurumların gördükləri işlərdən önə keçib deyə, neqativ hallar arta-arta gedir”.

Bu işlərə cavabdeh olan qurumların işləri qənaətedici deyil. Bakıda oturub, burada seminar keçirib, şəkil çəkib paylaşmaqdansa, bölgələrə gedib problemlərlə yerində tanış olmaq lazımdır. Həmin qurumlara illik maliyyə ayrılır. Ayrılan maliyyəni səmərəli istifadə etmək lazımdır.

Ən acınacaqlı durum bölgələrdədir. Düşünürəm ki, bölgələrdə çox ciddi maarifləndirici işlər aparılmalıdır. Bu işlər görülməlidir ki, neqativ, ürəkaçmayan, acınacaqlı vəziyyət aradan qalxsın. Aidiyyatı qurumlar da bu işlərlə məşğul olmalıdır. Asan işlərlə məşğul olmaq asandır. Əsas bu cür çətin işlərə yol tapmaq lazımdır. Çünki gələcəyimiz məhv olur. Bu neqativ hallar qurumların gördükləri işlərdən önə keçib deyə, neqativ hallar arta-arta gedir.

– Könül xanım, son günlərdə isə birinci həyat yoldaşlarını sonra isə özlərini öldürmək faciəsi baş alıb gedir. Artıq 6 belə hal baş verib. Sizcə bu halların baş verməsində səbəb nədir?

– Bəli, bu hal artıq cəmiyyətin hansı səviyyədə olduğunu göstərir. Ən faciəlisi də odur ki, əvvəl həyat yoldaşını sonra özünü öldürən insanlar arasında vəzifəli, savadlı şəxslər də var. Bu çox böyük faciədir. Çünki bu hallara görə demək olar ki, insanlar artıq kimliyini unudurlar. Onların psixologiyası o qədər pozulub ki, onlar ancaq əsəblərinin, hisslərinin qurbanı olurlar.

Könül İsmayılova: “Ən faciəlisi də odur ki, əvvəl həyat yoldaşını sonra özünü öldürən insanlar arasında vəzifəli, savadlı şəxslər də var. Bu çox böyük faciədir”.

Bu kriminal hadisələrin də qarşısını almaq lazımdır. Son günlərdə 6 belə oxşar hadisənin baş verməsi faciənin nə qədər böyük olmasını göstərir. Bu faciəni insanlara başa salmaq lazımdır. Belə hallardan insanlar uzaq durmalıdır. Onlar öz hirslərini deyil, düşüncələrini dinləməlidirlər.

Bu hadisədən də ən çox ziyan çəkən övladlar olur. Onlar həm hər iki valideynlərini itirirlər, həm böyük tranva alırlar, həm də həyataları boyu bu damğa ilə yaşamağa məcbur olurlar. Valideynlər ilk növbədə övladlarını düşünməlidirlər. Onlara bu faciəni yaşatmamalıdırlar.


 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki