image-n1karobka_ads
image-123
image-17210464684311732021_1200x630backend

Azərbaycan taekvondoçusu Paris Olimpiadasına türkiyəli idmançı ilə hazırlaşır

image-ad_qayo_720x110px

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Azərbaycan Taekvondo Federasiyasından Doğru.az-a verilən məlumata görə, 58 kiloqram çəkidə mübarizə aparan idmançı federasiyanın zalında məşq edir.

Toplanışa türkiyəli Ömər Faruk da dəvət edilib. Gənclər arasında Avropa çempionu, Multi Avropa Oyunları, “Spanish Open”, “Bosnia Herzegovina Open”, “Sofia Open”in qızıl medalçısı, “Turkish Open” və Prezident Kubokunun üçqat qalibi ilə hazırlıq taekvondoçumuzun “Paris-2024”də daha uğurlu çıxışına hesablanıb.

Akdeniz Oyunlarında da fəxri kürsüdə yer almış qardaş ölkə idmançısı ilə sınaq döyüşləri də keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki