Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 9-da saat 09:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinləri ilə görüşəcək.
Doğru.az xəbər verir ki, görüş zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid müraciətləri cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.
Görüşdə iştirak etmək istəyən sakinlər Sabirabad DAİM-ə (050-515-98-41) və ya Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) zəng edərək qeydiyyatdan keçməlidirlər. Vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
DOĞRU.AZ




























