image-2000x150px
image-123
image-ads_atlas
image-d8f4d0b08478e6485754ccb6048a0984backend

Bu gün Azərbaycan jurnalistlərinin qurultayıdır

image-728x90px

Bu gün Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının nizamnaməsinə də ciddi dəyişiklik ediləcəyi gözlənilir.

Bir neçə gün öncə Təşkilat Komitəsinin iclasında bildirilmişdi ki, Mətbuat Şurasına üzv təşkilatlar qurultayda iştirak edəcək nümayəndələrinin adlarını yazıblar.

Təşkilat Komitəsinin qərarına əsasən ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resurları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunurlar. Ümumilikdə 140 üzv təşkilatın qurultayda iştirakı təsdiqlənib.

Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər. Həmin şəxslərin 152-nin adı anketlərdə bir, 40-nın adı iki, 18-nin adı üç, 6-nın adı dörd, 3-nün adı beş, 5-nin adı altı, 4-nün adı yeddi, 5-nin adı səkkiz, 5-nin adı doqquz dəfə çəkilib. Adları anketlərə 10-20 aralığında yazılmış namizədlərin sayı 18-dir. Namizdələrin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib. Eyni təşkilatın namizəd anketinə iki və daha artıq şəxsin adını təkrarən yazması hallarına da rast gəlinib ki, bu zaman yalnız bir səs əsas götürülüb.

Təşkilat Komitəsi Mətbuat Şurasının Nizamnamə tələbini rəhbər tutaraq yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Həmin şəxslərin adları TK-nın növbəti məlumat yayımında açıqlanacaq.

Professor: “Azərbaycanın işğaldan azad edilmiş bölgəsində yeni proses başlayıb” - 11.02.2021, Sputnik Azərbaycan

Qulu Məhərrəmli: “Mətbuat Şurasının gələcəyini etik komissiya kimi görürəm”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, qurultaydan xüsusi gözləntisi yoxdur: “Mətbuatın vəziyyəti hər kəsə bəllidir. Son 10 ildə Mətbuat Şurası mətbuatı idarə edən şəxslərin əlində vasitə olub. Azad mətbuatında keşiyində dayanmaq, müstəqil jurnalistləri təhlükələrdən qorumaq istiqamətində Mətbuat Şurasının fəaliyyəti o qədər də qənaətbəxş olmadı. Bu gün mətbuat cəmiyyəti nə dərəcədə real ifadə edir? Jurnalistlərimiz nə dərəcədə müstəqildirlər? Bununla yanaşı, Mətbuat Şurası qurum kimi lazımdır, çünki medianın özünütənzimləmə mexanizmlərindən biridir. Hesab edirəm ki, rəhbərlik, İH üzvləri dəyişməlidir. Eyni zamanda, Mətbuat Şurasının mətbuata yanaşmasında prinsiplər yenilənməlidir. Nəzərə almaq lazımdır ki, media sahəsində dövlət tənzimlənməsini həyata keçirən Medianın İnkişafı Agentliyi yaradılıb. Mətbuat Şurasının gələcəyini etik komissiya kimi görürəm”.

Vüsalə Mahirqızı: “APA həyatımda bir imzadır” -

Vüsalə Mahirqızı: “İdarə Heyətində daha gənc şəxslərin təmsil olunacağına ümid edirəm”

APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızının fikrincə, Mətbuat Şurası əvvəlki illərdə funksiyalarını yaxşı yerinə yetirib: “Mətbuat Şurası yaranan zaman Azərbaycanda jurnalistlər və media qurumları tez-tez məhkəməyə verilirdi, çox sayda cərimələr var idi. Mətbuat Şurası bu məsələləri danışıq yolu ilə həll etməyə nail oldu. Hesab edirəm ki, Mətbuat Şurası dövlət və cəmiyyətlə media arasında vasitəçi funksiyasını daşıyır. Eyni zamanda sosial media reallığı yaranıb. Buna uyğun olaraq müəyyən yeniliklər olacaq. İdarə Heyətində daha gənc şəxslərin təmsil olunacağına ümid edirəm. Bəzən həmkarların bu qurumdan səlahiyyət və funksiyalarından daha çox gözləntiləri olur. Təbii qarşılayıram. Sadəcə, nəzərə almaq lazımdır ki, MŞ ictimai təşkilat və özünütənzimləmə qurumudur. Əflatun Amaşov bacardığı işləri görüb, hər zaman jurnalistlərin yanında olmağa çalışıb. Jurnalistlər kimə səs verəcəklərsə, biz də media rəhbərləri kimi həmin şəxslərə səs verəcəyik”.

Qeyd edək ki, İH-də gənclərin təmsil olunması ilə bağlı təkliflər səslənir. Editor.az saytının baş redaktoru Fərid Şahbazlı bildirib ki, Mətbuat Şurasının növbəti qurultayı ilə bağlı İdarə Heyətində gənc jurnalistlərin, media kapitanlarının təmsil edilməsi təklifi ilə çıxış edənlər arasında o da vardı: “Bu təşəbbüsdən sonra dəyərli dostlardan, həmkarlardan çox sayda dəstək mesajı aldıq. Hörmətli həmkarlarımızın dəstəyi ilə 300-dən artıq qələm adamının arasından kifayət qədər yüksək səslə 46 nəfərlik namizədlər siyahısına düşə bildik. Bunu şəxsimə və gəncliyə olan böyük etimad kimi dəyərləndirirəm. Dəstək verən bütün həmkarlarımıza dərin minnətdarlığımı ifadə edirəm. Qurultayın nəticəsindən asılı olmayaraq, İdarə Heyətində ədalətli, bacarıqlı, nüfuzlu və gənc ruhlu şəxslərin olmasını arzu edirəm. Mediamız üçün kimin seçilməsindən daha çox bu meyarlar önəmlidir. Bütün namizədlərə uğur arzu edirəm!”

Xatırladaq ki, Mətbuat Şurasının Nizamnaməsinə əsasən, İH seçkilər 4 ildən bir keçirilir. Sonuncu qurultay 2018-ci ildə baş tutub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki