image-2000x150px
image-123
image-ads_atlas
image-62a7a2d9dfe02cc961956f8a15f4e997backend

Dərslər 1 aydır başlayıb, şagirdlərin bir çoxu isə hələ də dərsliksizdir – Nazirlik deyir ki…

image-728x90px

Təhsil eksperti: “İldən-ilə təhsilimizin yaxşılaşacağına ümid etsək də, hər il daha çox qüsur, səhv ortaya çıxır…”

Yeni tədris ilinin başlanmasından bir ay ötməsinə baxmayaraq, ölkə üzrə məktəblərin heç də hamısına dərsliklər paylanılmayıb. Xüsusən də yuxarı sinif şagirdləri 2-3 dərslikdən başqa digər kitabları ala bilməyiblər. Mövcud vəziyyətdən həm müəllimlər, həm də valideynlər narazıdır, şagirdlər dərslərə boş-boşuna gedib-gəlir.

Bəs səbəb nədir? Hər il dərsliklər üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrıldığı halda orta təhsil ocaqlarımız niyə indiyədək dərsliklərlə tam təmin olunmayıb?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat katibi Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Ötən il çap edilən dərsliklər məktəblərə paylanılıb. Sadəcə, 7-10-cu siniflər üzrə dərslik çatışmazlığı var ki, bu problem də bu günlərdə öz həllini tapacaq”.

Təhsil eksperti Kamran Əsədova görə, şagirdlərin dərslikləri ala bilməməsi birbaşa Elm və Təhsil Nazirliyinin səriştəsizliyinin, fəaliyyətsizliyinin nəticəsidir: “Artıq orta məktəblərdə KSQ, BSQ-lə başlayır, amma şagirdlərin kitabı yoxdur, onlar dərsləri mənimsəməyiblər. Ola bilsin ki, Bakı və digər böyük şəhərlərdə bəzi şagirdlər PDF variantdan dərslikləri endirib, oradan oxuya bilsinlər. Amma 600 minə yaxın şagirdimiz dağlıq, internet imkanı olmayan ərazilərdə yaşayır və yaxud valideynlərin öz övladlarına telefon və yaxud planşet almaq imkanı yoxdur. Bunlar ciddi məsələlərdir. Nəticə şagirdlərin zəruri bilikləri öyrənə bilməməsinə gətirib çıxaracaq. Hətta gələn həftədən şagirdlərə kitablar verilsə belə 15 sentyabrdan 15-oktyabra qədər keçirilməyən, mənimsənilməyən mövzular hansı formatda təqdim ediləcək?

Kamran Əsədov: Bu gün ölkəmizdə 5 minə yaxın xarici ölkələrdən gəlmiş tələbə var

Kamran Əsədov

Sadəcə dəhşətli, biabırçı vəziyyətdir. Bir daha qeyd edirəm ki, mövcud vəziyyət səhlənkarlığın nəticəsidir. Halbuki adəti üzrə avqust ayında artıq bütün dərsliklər təhvil verilməli, hazır vəziyyətdə olmalı idi. Lakin ilk dəfədir ki, müvafiq qurumların səhlənkarlığı ucbatından  şagirdlərimiz bu günə qədər dərsliklərlə təmin olunmayıb. Necə olur ki, bütün kitablar satışdadır, amma nazirlik həmin dərslikləri alıb, məktəblərə paylamaq istəmir? Niyə valideynlər öz ciblərindən pul verib dərslik almalıdır? Belə çıxır ki, nazirlik kitabları satışa çıxarıb, pul qazanmağa çalışır”.

Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm) - YouTube

 Elşən Qafarov

Digər təhsil eksperti Elşən Qafarov isə qeyd etdi: “Azərbaycan dərslik üçün dövlət tərəfindən ayrılan vəsaitə görə üçüncü yerdədir. Hər il dövlət büdcəsindən maliyyələşərək, milyonlarla kitab çap olunur. Görünür ki, nazirliyin bu məsələ ilə bağlı işləyən əməkdaşlarının başı hansısa layihələrə və kadr seçiminə, təyinatına, imtahan oyunlarına qarışdığı üçün ölkədə ciddi dərslik problemi var. Məlum olduğu kimi, dərsliklər 2000-ci ildən etibarən dövlət hesabına təmin olunur və o vaxtdan bu günə qədər hələ belə biabırçılıq olmamışdı. Ölkənin bütün ərazilərində, bütün siniflər üzrə dərslik çatışmazlığı var.

Dərsliklərlə bağlı prosedur belədir ki, may ayında proqnozlar götürülür, avqust ayının sonuna qədər isə dərsliklər məktəblərə çatdırılmalıdır. Hər il prosedur belə aparılırdı. Bu il isə qeyd etdiyim kimi, nazirliyin əməkdaşları bu məsələni unutduqları üçün mövcud vəziyyət ortaya çıxıb. Çox təəssüflər olsun ki, ildən-ilə təhsilimizin yaxşılaşacağına ümid etsək də, əksinə, ildən-ilə çox sayda ciddi qüsurlar, səhvlər müşahidə olunur”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki