image-2000x150px
image-95agl7qletvxeuc7hn0yghxbxy9de6y9wlravzswbackend

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfat sahəsində təqvim üzrə aqrotexniki qulluq aparılır – FOTO

image-728x90px

Üzümçülüklə məşğul olan fermer və mütəxəssislərin becərdikləri üzüm sortlarının fenologiyasını, o cümlədən onların mövsüm üzrə inkişaf xüsusiy­yətlərini bilmələri vacibdir. Çünki, üzüm sortlarının hər bir inkişaf və fenoloji dövrünün özünəməxsus xüsusiyyətləri mövcuddur və hər bir dövr (fenofaza, fəsil, ay və s.) üçün fərqli aqrotexniki becərmə, mühafizə və s. tədbirlərin həyata keçirilməsi tələb olunur.

Hazırda İnstitutunun Abşeron Təcrübə Təsərrüfat sahəsində budanmış tənəklərə forma verilir və cavan tənəklərin gövdəsinin düz olması üçün onların dibinə payacıqlar basdırılır. ÜŞETİ-nin şöbələri üzrə ayrılmış üzüm sahələrində şöbə əməkdaşları tərəfindən  zoğların quru bağlanması zamanı tənəklərə forma verilib və verilən forma saxlanılıb. Tənəyə forma verilmə zamanı quru bağlama ştambın şaquli vəziyyətdə durmasını və zoğların düzgün yerləşməsini, məhsuldarlığın artmasını, torpağın becərilməsini asanlaşdırır. Quru bağlama vaxtı bar zoğları məftillərin səthi üzərində düzgün yerləşdirilməlidir. Bağlama prosesi tumurcuqlar şişən dövrlərdə aparılmalıdır və bu zaman bar zoğları birinci və ikinci məftilə bağlanılır. Onların arasındakı məsafə 35-40 sm-dən artıq olur. Üzümün mövcud vegetasiya  dövründə tənəyin çoxillik hissələri də məftilə bağlanılır. Bağlama zamanı materiallardan düzgün qaydada istifadə etmək lazımdır. Bağlama düzgün aparılmadıqda bar zoğlarının zədələnməsi və məhv olması baş verir. Bu da məhsuldarlığın inkişafına mənfi təsir göstərir.

Eyni zamanda dağlıq və dağətəyi zonalarda üzüm əkini davam etdirilir. Şaxtadan qorumaq məqsədi ilə qışda torpağa basdırılan rayonlarda (Naxçıvan MR) tənəklər torpaqdan çıxarılır, gözcüklərin məhv olma faizi müəyyən edilir, budama və tənəklərin quru bağlanması əməliyyatı aparılır. Filloksera  zərərvericisinə davamlı calaq tingi yetişdirilən təsərrüfatlarda calaq işinin aparılmasına başlanılmalıdır.

Qış aylarında nəmlik toplamayan rayonlarda (aran zonasında) üzüm bağlarında suvarma aparılmalıdır. Xəstəlik və zərərvericilərlə mübarizə məqsədi ilə zəhərli kimyəvi maddələrin ehtiyatının yaradılması yekunlaşdırılmalıdır. Yaşlı üzüm bağlarında tənəyin gövdəsi qabıqdan təmizlənərək qış aylarında qabıqlar altında qışlayan xəstəlik və zərərvericilərin fərdlərinə qarşı ABC (DNOK) preparatından 1000 litr suya 4,0 litr qarışdıraraq (1 hektar nəzərdə tutulur) çiləmək lazımdır. Bu əməliyyat dağlıq və dağətəyi bölgələrdə ümumiyyətlə tumurcuqlar açılmamışdan qabaq aparılmalıdır. Bu işlər qurtardıqdan sonra kəsilmiş zoğlar üzümlükdən kənara çıxarılmalı, torpağın becərilməsi işi davam etdirilməlidir. Cərgəaraları 25-30 sm dərinlikdə şumlanmalı, bitki aralarında belləmə işi davam etdirilməlidir. Belləmə işi mexaniki qaydada da aparıla bilər.

Artıq tənəklərin quru bağlanması başa çatdırılıb və torpağa gübrə verilir. Eyni zamanda yaz becərmələri davam etdirilir, tənəklərin bitki araları bellənilir, cavan üzümlüklərdə köklü tinglər, barverən üzümlüklərdə isə daldırma (lügəndə) yolu ilə seyrəkliklər aradan qaldırılır.

DOĞRU.AZ

image-mswrlaem6c339qorwl2dlppdweg0tyit7lt2ysod image-ksavagbojsvsgynpwv83zw54uf1fyifc03nhovz1 image-kr3onxpgjrgr7gzw4bzzbz4qqmooagoafkz0onlo image-vdmrudu8ebl50apnvnjokpjemczs5cede1xguy9g image-vwuiji8fabshyse5vgvuqq6ubln9owwrlgzfaydo

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki