image-2000x150px
image-123
image-ads_atlas
Tural Zeynalov – Laçında kilsənin Məsçid kimi istifadə edilməsi barədə təklif irəli sürdü- FOTO/VİDEObackend

Tural Zeynalov – Laçında kilsənin Məsçid kimi istifadə edilməsi barədə təklif irəli sürdü- FOTO/VİDEO

image-728x90px

Keçən əsrin əvvəllərindən ermənilər Azərbaycanın çox mühüm strateji əraziyə malik olan Laçını Ermənistana birləşdirmək üçün mübarizə apardılar. Nəhayət onlar 1992-ci ilin may ayının 17-də bu istəklərinə müvəqqəti də olsa nail oldular.

Tarixə nəzər saldıqda məlum olur ki, Laçın rayonunun qədim sakinləri əsasən azəri türkləri olublar. Beləki, keçən əsrlərdə, Laçın rayonunda xeyli sayrda qədim tayfa və tirələr mövcud olub. Onların bir çoxu hətta dünyada öz məhşurluğu ilə seçilən tayfalar olublar.
Bir çox araşdırmalarda və tarixi yazılarda bu tayfaların tarixinin və yaşam tərzlərinin çox qədim dövrlərə aid edilməsi, Laçında mövcud tayfa mədəniyyətlərini tarixin qaranlıq və dərin qatlarına aparıb çıxarır. Beləki, Quşçu tayfası, Gəloxçu tayfası,  Hacısamlı tayfası, Qarabayramlı tayfası, Qasımuşağı tayfası, Qaraçənli tayfası, Əhməduşağı tayfası, Babadünlü tayfası, Hopurlar (Hopurru) tayfası və s. Indiki Laçın rayonunun çox qədim sakinləri olublar.
Bu tayfalar öz tayfa ənənələrinə sadiq qalaraq Zəngəzur vilayəti, Keştasf, Mağavuz, Hacısamlı nahiyələri, Zəngəzur və Kürdüstan qəzaları eləcədə Laçın rayonun tərkibində vahid bir ailə kimi yaşayıblar. Maraqlıdır ki bu tayfalar arasında bütün tarixləri boyu qarşıdurma və düşmənçilik olmayıb. Bax (F.İsmayılov “LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər”-2012-ci il. Səh. 70-81, 82-87).
 Laçının etnik tərkibi 1992-ci ilin Statistikasına görə, 65 min nəfər azərbaycanlı, 4,5 min nəfər müsəlman kürdü, 7 nəfər nigah qeydiyyatında olan rus qadın və müvəqqəti qeydiyyatda olan 4 nəfər, ermənidən ibarət olmuşdur.

Bütün  tarixi  reallıqları inkar edən Ermənistan rəhbərliyi son 28 ildə Laçın rayonu ərazilərini qədim erməni torpaqları kimi təbliğ edirdilər. Bütü bnlar isə Beynəlxalq Hüquqa zidd çox ciddi qanun pozuntusu hesab olunur.
Bütün tarixi dövrlərdə bir nəfər də daimi erməni sakini olmayan Laçın şəhərinin RTS məhəlləsi adlandırılan ərazidə, keçmiş Qaz İdarəsinin yaxınlığında  Şuşa – Gorus yolunun üzərində 1996-1998-ci illərdə Ermənistan separatçılsrı tərəfindən bir erməni kilsəsi inşa edildi. Bu hadisə Beynəlxalq Hüquqa görə Hüquqa zidd, 1954-cü il Haaqa Konvensiyasına görə isə yolverilməz əməl hüesab olunur.

Ərazi erməni işğalçılarından azad olunduqdan sonra, Abidələri müdafiə təşkilatı İctimai Birliyi kilsənin xarici interyerində kiçik kosmetik dəyişiklik aparmaqla kilsədən Məscid kimi istifadə edilməsi üçün təklif irəli sürür. Layihənin müəllifi Tural Zeynalovdur. Güman edirik ki, layihə geniş ictimai dəstək qazanarsa, müvəffəqiyyətlə tətbiq oluna bilər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki