Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, günorta saatlarında naməlum şəxslər şəhər sakininin mağazada alış-veriş edərkən içərisində 600 manat olan pul kisəsini, digər zərərçəkmişin isə restoran masasında qoyduğu əl çantasından 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar.
Polis əməkdaşlarının tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıb.
Rayon ərazisində aparılan digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov müəyyən edilərək saxlanılıb.
Hər üç fakt üzrə araşdırmalar davam etdirilir.
DOĞRU.AZ




























