Xalq artisti Tünzalə Ağayeva paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.
Doğru.az xəbər verir ki, sənətçi dost məclisində həmkarı, Xalq artisti Aygün Kazımovanın “SOS” mahnısının sədaları altında rəqs edib.
Tünzalə Ağayeva həmin anları şəxsi “Instagram” hesabının “story” bölməsində izləyiciləri ilə bölüşüb. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və müğənnilərin dost münasibəti sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
DOĞRU.AZ