image-2000x150px
image-123
image-ads_atlas
image-6606922120d046606922120d0617117066565834393ddddca812bc4ff13b36700771backend

Ermənistan yenə MDB tədbirini boykot edib

image-728x90px

Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.

Belə ki, rəsmi İrəvan Beynəlxalq Ticarət Mərkəzində keçirilən MDB İqtisadi Şurasının 101-ci iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.

Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.

Qeyd edək ki, MDB İqtisadi Şurasının 101-ci iclasında Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.

Xatırladaq ki, Ermənistan bir müddətdir ki, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina edir. Rəsmi İrəvan MDB İqtisadiyyat Şurasının ötən ilin dekabrın 8-də keçirilən 100-cü yubiley iclasına da yüksəksəviyyəli nümayəndə heyəti göndərməkdən imtina etmişdi. Həmin tədbirdə də Ermənistanı Belarusdakı səfiri təmsil etmişdi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki